Gündəm
16.04.2024 / 23:25
479
Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı TƏRK ETDİ - VİDEO
Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəsdən və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra 10 noyabr 2020-ci il tarixində imzalanan bəyanata əsasən, Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib.
Gundem.az xəbər verir ki, sosial şəbəkələrdə faktı təsdiq edən videolar paylaşılıb.
Bildirilib ki, Rusiya kontingenti Azərbaycanı (Qarabağı) birdəfəlik və tam olaraq tərk edib.
Qeyd edək ki, sözügedən video sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarında lentə alınıb.
Bununla da, Qarabağla bağlı bütün məsələlər həll edilmiş hesab olunur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay