BAKU Azərbaycan
°C

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Şəkidə yerləşən cəzaçəkmə müəssisəsində insident baş verib. 

News24.az-ın məlumatına görə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə tutulan və məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə həbs cəzası alan məhbus, 1982-ci il təvəllüdlü Ehtiram Fərəcov kustar üsulla hazırlnmış bizi qarnına soxub. Hadisə ötən ilin dekabr ayında baş verib və həmin vaxt məhbusa tibbi yardım göstərilib.

E.Fərəcovun əməli ilə bağlı daha sonra Cinayət Məcəlləsinin 317-2.1-ci (Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə iş açılıb.

O, ifadəsində bildirib ki, bu əməli ailə məsələsinə görə törədib: “2021-ci il dekabrın 4-də tarixdə məhkumlar üçün nəzərdə tutulan telefon otağından ailəmlə telefon əlaqəsi saxladım, ailəmdə problemlərin olduğunu bildiyimə görə əsəb gərginliyi keçirmişdim. Belə ki, ailəli olub boşanmışam, iki övladım var. Telefon danışığı zamanı böyük övladımın xəstə olduğunu bildim. Buna görə də, anamgildən uşağı yanıma görüşə gətirmələrini istədim. Onlar isə bunun mümkün olmayacağını bildirdilər. Mən də özümə xəsarət yetirsəm uşağı görüşə gətirəcəklərini fikirləşdim və həmin gün saat 15:30 radələrində əvvəlcədən müəssisə ərazisindən tapdığım bizi götürüb saxlanıldığım kamerada özümə xəsarət yetirdim. Kamerada olduğum zaman bizi qarın nahiyəmdən vurdum və bədənimə sancılmış vəziyyətdə qaldı. Daha sonra dəhlizə çıxaraq müəssisə əməkdaşlarına yaxınlaşıb etdiyim hərəkət barədə onlara məlumat verdim. Müəssisə əməkdaşları məni dərhal müəssisənin tibb sanitar hissəsinə apardılar. Həkim qarın nahiyəmə sancılmış vəziyyətdə olan bizi çıxardı”.

Şəki rayon Məhkəməsi məhbusun cəzaçəkmə müəssisəsində törətdiyi əməllə bağlı ona hökm oxuyub. E.Fərəcovun cəzasının çəkmədiyi 2 il 2 ay müddətin üstünə əlavə 2 ay gələrək ona qəti olaraq 2 il 4 ay müdətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Son xəbərlər

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Millimizə 26 futbolçu dəvət olundu

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı - "Blumberq"

Zelenski onu yeni vəzifəyə təyin etdi

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Kiyevdə 2 xəstəxana təxliyə edilir

Bakının bu rayonunda qaz kəsiləcək

Ştaynmayer İlham Əliyevi qarşıladı

İrəvan Bakıdan sülh sazişinə dair növbəti təkliflər alıb

Kanalda batan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

ABŞ Ukraynaya 1 milyardlıq daha bir yardım göndərir

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

Bütün xəbərlər