BAKU Azərbaycan
°C

"Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 24 may 2018-ci il tarixli Sərəncamına əsasən əfv olunan 1995-ci il təvəllüdlü Quliyev Şirvan Xanəhməd oğlu yenidən həbs edilib.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, 2022-ci ilin fevral ayında paytaxtın Qaradağ rayonunda yerləşən kafelərin birində əmisi Bayram Quliyevi sağ qarın nahiyəsindən bıçaqlayıb. Belə ki, B.Quliyev masadan kənara çəkilib və onun qardaşı oğlu Ş.Quliyev ofisiantı çağıraraq limon doğramaq üçün bıçaq tələb edib. B.Quliyev masaya qayıtdığı zaman Ş.Quliyev onunla mübahisə edib və əmisinə bıçaq xəsarətləri yetirib. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, qardaşı oğlu Şirvan Quliyevlə barışdığını, ona qarşı heç bir şikayəti və iddia tələbi  olmadığını bildirib, bununla bağlı yazılı ərizəsini məhkəməyə təqdim etdiyini qeyd edib.

Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) və 221.3 (Xuliqanlıq) maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Şirvan Quliyevə 9  il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər