
29.05.2023 / 21:46
98
Tovuzda avtomobil yandı - Xəsarət alan var
Tovuz rayonunda minik avtomobili yanıb.
Gundem.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə rayon girişində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ2107" markalı minik avtomobili anidən yanıb. Dərhal hadisə yerinə FHN yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Avtomobil söndürülüb, yanğın zamanı sürücü müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Sürücü Namiq adlı şəxs xəstəxanaya yerləşdirilib.
Yanğının başvermə səbəbləri araşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay