19.03.2024 / 18:35
110
Lənkəranda yol qəzası olub, ölən və xəsarət alanlar var
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gundem.az apa-ya istinadən xəbər verir ki, hadisə köhnə Ələt - Astara magistralının 186-cı km-də, Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. "VAZ-2106" və "VAZ-21011" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay