21.03.2024 / 21:03
145
Bərdədə ağır qəza: yaralılar var
Bərdədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Gundem.az axar.az-a istinadən xəbər verir ki, 09-BT-866 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı minik avtomobili yol kənarında dayanan VAZ-2107 və VAZ-2106 marakalı avtomobilə çırpılıb və 3 nəfəri vurub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay