Hadisə
16.04.2024 / 11:35
131
Masazırda evdən 85 min manatlıq qızıl OĞURLANDI
Masazır qəsəbəsində evdən oğurluq edilib.
Gundem.az DİN-ə istinadən xəbər verir ki, aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay