İdman
28.01.2023 / 17:59
440
"Qalatasaray" 55 milyonluq hücumçunu transfer edir
Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Gundem.az xəbər verir ki, İstanbul təmsilçisi "Çelsi"nin belçikalı hücumçusu Romalu Lukakunu sıralarına qatmağa yaxındır. 29 yaşlı forvardı icarə əsasında rənglərinə bağlamağa hazırlaşan "Qalatasaray" hazırda qarşı tərəflə danışıqlar aparır. Bu basrədə "Fotomaç" məlumat yayıb.
Məlumata görə, "Çelsi" bu keçidin baş tutmasına razılıq verib. Əgər Lukaku da təklifə müsbət yanaşarsa, "Qalatasaray" onu yeni mövsümdə 1 illik icarəyə götürəcək.
Qeyd edək ki, müqavilə ilə London klubuna məxsus olan Lukaku hazırda icarə əsasında "İnter"də çıxış edir. Onun transfer dəyəri 55 milyon avrodur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay