BAKU Azərbaycan
°C

"Bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında qeyri-neft sektorunun inkişafı, Qarabağın, Şərqi Zəngəzurun bərpası və eləcə də iqtisadi, sosial sahələrdə islahatların davam etdirilməsinə xüsusi yer ayrıldı".

Gundem.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu ilin ilk yarısında qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektorunun 3 faizdən çox artması müsbət haldır:

"Bu, enerjidən kənar sektorların iqtisadi artımda drayverə çevrilməsindən xəbər verir.  Bu həmçinin, ÜDM-in strukturunda da qeyri-neft sektorunun payının artması anlamına gəlir. Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir. 2023-cü ilin büdcəsi manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsidir. Bu ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərimizə dürüstləşmənin edilməsinə imkan yaratdı. Bu büdcəyə əlavə 3 milyard 50 milyon manatın cəlb edilməsinə və bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə ayırmaların artırılmasına imkan yaratdı".

Deputat qeyd edib ki, 2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait 12.0 milyard manata çatacaq: 

"Onun 5.5 milyard manata yaxını məhz 2023-cü ilin payına düşəcək. Bütövlükdə, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20.0 milyard manatdan çox olacaq. Bütün bunlar Böyük Qayıdış proqramının daha sürətlə icrasına imkan yaradır. Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulmasının nəzərdə tutulması və dövlət başçısı artıq 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etməsi də bir daha təsdiq edir ki, məskunlaşma prosesi gözləniləndən daha tez reallaşacaq. Bu ilin sonunadək Qarabağ və Şərqi Zəngəzura 2 min ailənin və ya 10 minə yaxın vətəndaşımızın qayıtması reallaşacaq. Bu isə o deməkdir ki, artıq işğaldan azad olunmuş ərazilərə əhalinin tədricən, mərhələli şəkildə qayıtması müşahidə olunur".

Son xəbərlər

Şəhid qardaşının ölümü ilə bağlı cinayət işi açıldı

Ər onu "Xoşqədəm"də axtarır, özü Lalənin efirindədir - FOTO

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqladı

Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - FOTO

Bakıda məşhur bazar SÖKÜLƏCƏK - RƏSMİ

Paşinyan istefa verməyə HAZIRLAŞMIR

Türkiyədə Papillon otellərini ziyarət etmək üçün TOP 5 səbəb - FOTOLAR

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ

Kremldə Putinin andiçmə mərasimi BAŞLADI - YENİLƏNDİ

Paşinyan: "Azərbaycan və Türkiyə ilə düşmənçiliyi sıfıra endirməliyik"

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Bakıda 41 yaşlı prokuror yol qəzasında VƏFAT ETDİ

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü BAŞLADI

Bütün xəbərlər