BAKU Azərbaycan
°C

Yüksək inflasiyanın olmasına baxmayaraq, Azərbaycanda əhalinin real gəlirlərində 2016 və 2017-ci illərdən fərqli olaraq 2022 və 2023-cü illərdə artıma nail olunub. 


Gundem.az xatırladır ki, 2016 və 2017-ci illərdə də əhalinin nominal gəlirləri artmışdı. Amma həmin illərdə nominal gəlirlərdəki artım sürəti inflyasiya sürətindən az olduğundan gəlirlərdə real artım olmadı. Əksinə əhalinin real gəlirləri iki il ardıcıl azaldı. 


2022 və 2023-cü illərdə tam fərqli mənzərə müşahidə edildi. Ölkədə həm yüksək inflyasiya qeydə alındı, həm də əhalinin nominal gəlirlərində artım çox böyük oldu. 
Azərbaycanda 2022-ci ildə illik inflyasiya 13,9 faiz, 2023-cü ildə 8,8 faiz qeydə alınıb. Həmin illərdə müvafiq olaraq əhalinin nominal gəlirləri 20,3 faiz və 12,2 faiz təşkil etdi. 


Əhalinin real gəlirləri müəyyən edilən zaman nominal gəlirlərdən inflyasiya göstəricisi çıxılır. Əgər fərq müsbətdirsə, o halda real gəlirlərdə artım baş vermiş olur. İnflyasiya göstəricisi çıxıldıqda 2022-ci ildə yaranan fərq müsbət 6,4 faiz, 2023-cü ildə 3,4 faiz olub. Fərq göstərir ki, həmin illərdə əhalinin gəlirlərində real artım baş verib.


Real gəlirlərin təmin edilməsi baxımından 2022 və 2023-cü illərin nəticəsi müsbətdir. Lakin bu, yüksək inflyasiya şəraitində baş verdiyindən müsbət hal hesab edilməməlidir. Yaxşı olardı ki, əhalinin real gəlirlərindəki artım aşağı inflyasiya şəraitində baş versin. 

2024-cü ildə də əhalinin real gəlirlərində artım gözlənilir. Yanvar ayının nəticələrinə əsasən, əhalinin real gəlirləri 2,2 faiz artıb. Bu ilin ilk ayında real gəlirlərin artmasına inflyasiya səviyyəsinin aşağı olmasının böyük faydası olub. 

Rəsmi statistikaya əsasən, 2024-cü ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin müvafiq ayına nisbətən 4,5 faiz artaraq 5,62 milyard manat təşkil edib. Yanvarda inflyasiya 1,7 faiz olduğundan əhalinin gəlirlərinin keçən ilin eyni dövrünə nisbətən 2,2 faiz artdığı məlum olur.

2022 və 2023-cü illə müqayisədə bu il əhalinin gəlirlərinin aşağı inflyasiya şəraitində artması daha yaxşıdır. Əhalinin gəlirlərinin artımına dair açıqlanan məlumatlar ümumi göstəriciləri özündə əks etdirir. Hər il hamının gəlirlərində artıma nail olmaq mümkün olmur, hətta bəzi insanların gəlirində azalma baş verir. Amma xərclərdəki artım davamlıdır. Yüksək inflyasiya olduqda gəliri artan və ya artmayan, fərqi yoxdur, hamının xərclərində artım baş verir. Buna görə də real gəlirlərdə artımın aşağı inflyasiya şəraitində olması daha ədalətlidir. 

 

Son xəbərlər

ABŞ səfiri Putinin andiçmə mərasiminə qatılmadı, Rusiyanı TƏRK ETDİ

Bu halda kartınızdakı pullar oğurlana bilər - DİN-dən XƏBƏRDARLIQ!

Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə GEDİR

“Aşk-ı Memnu”nun məşhur aktrisası TANINMAZ HALDA - FOTOLAR

Banklar hər hərracda 70-80 milyon dollar alır - Səbəb nədir?

Çində xəstəxanaya HÜCUM: 10 ölü, 23 yaralı

Prezident TƏSDİQLƏDİ: Bu şəxslər 600 manatadək cərimə ediləcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Xanəndənin qayınatası vəzifəsindən azad edildi

Şəhid qardaşının ölümü ilə bağlı cinayət işi açıldı

Ər onu "Xoşqədəm"də axtarır, özü Lalənin efirindədir - FOTO

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqladı

Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

Bütün xəbərlər