BAKU Azərbaycan
°C

Hazırda Türkiyənin "Konyaspor" klubunda çıxış edən Mahir Emreli və bacısı Ayişə Emreli məhkəməyə verilib.

Gundem.az qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı futbolçunun nənəsi Quliyeva Mahirə Həmid qızıdır. İşin mahiyyəti mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlıdır.

Mahirə Quliyeva bu ilin fevral ayında vəfat edib. Məlumata görə, birinci instansiya məhkəməsi iddianı təmin etməyib. Bu səbəbdən də iş üzrə apellyasiya şikayəti verilib.

İş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Babayevin icraatındadır.

İki il əvvəl isə Mahir Emrelinin anası Elnurə Emreli keçmiş həyat yoldaşı, tanınmış prodüsser Anar Mədətovu və onun anası Mahirə Quliyevanı məhkəməyə verib. O, birgə nikah dövründə əldə edilən əmlakın bölünməsi və həmin zaman götürdükləri kredit öhdəliyinin birgə ödənməsini tələb edib.

Həmin vaxt Anar Mədətov da məhkəməyə müraciət edərək, keçmiş arvadına qarşı iddia qaldırıb. Prodüsser də əmlakın bölüşdürülməsini istəyib.

Nəsimi Rayon Məhkəməsi tərəflərin iddiasını qismən təmin etsə də, Anar Mədətov qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu çəkişmənin sonu barədə açıq mənbələrdə hər hansı məlumata rast gəlinmir.

Bəzi məlumatlara görə, Mahirə Quliyeva ilə nəvələri arasında olan məhkəmə çəkişməsi əvvəlki prosesin davamıdır.

Mahir Emrelinin atası Anar Mədətov keçmiş xanımı Elnurə Emreli ilə boşanmadan başqa bir qadınla evləndiyinə görə ailədə narazılıq yaranıb. Futbolçu və bacısı bu olaydan sonra atasının soyadından imtina edib.

Nənəsi vəfatından əvvəl Mahir Emrelini məhkəməyə veribmiş - SƏBƏB +FOTO

Son xəbərlər

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Millimizə 26 futbolçu dəvət olundu

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı - "Blumberq"

Zelenski onu yeni vəzifəyə təyin etdi

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Kiyevdə 2 xəstəxana təxliyə edilir

Bakının bu rayonunda qaz kəsiləcək

Ştaynmayer İlham Əliyevi qarşıladı

İrəvan Bakıdan sülh sazişinə dair növbəti təkliflər alıb

Kanalda batan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

ABŞ Ukraynaya 1 milyardlıq daha bir yardım göndərir

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində OLDU

Yaşlı insanlar niyə intihar edirlər? - Həkimdən AÇIQLAMA 

"Barça" ən bahalı oyunçularından birini SATACAQ - FOTO

"Bavariya"nın oyunçusu Mbappedən DANIŞDI: "Mənlik olsa..." 

Bütün xəbərlər