BAKU Azərbaycan
°C

İnsan beyninin sağlamlığına təsir edən mühüm amillərdən biri də düzgün qidalanmadır. Alimlər düzgün qidalanmanın insan beyninin daha sağlam olmasına kömək etdiyini müəyyənləşdirib. 


Gundem.az “She Finds” jurnalına istinadən xəbər verir ki, beyin üçün ən faydalı qida çərəzlərdir. 
Jurnala danışan diyetoloq Nahid Əlinin sözlərinə görə, çərəzlərdən beyinə daha çox faydanı qoz, badam və keju fıstığı verir. 
Həkim Əli hesab edir ki, qoz beyin üçün ən faydalı qidadır:

“Bu unikal məhsul nevroloji və ürək-damar sağlamlığı üçün vacib olan alfa-linolenik turşu ilə zəngindir. Bu turşular bir növ Omeqa-3 yağı kimidir. Omeqa-3 beyin hüceyrələrinin membranlarının qurulmasında və sağalmasında əsas rol oynayır, yaddaşı və qavrama funksiyasını yaxşılaşdıran yeni sinir yolları yaradılmasına kömək edir. Bundan əlavə, qoz beyində qavramanı, konsentrasiyanı və əhval-ruhiyyənin tənzimlənməsini yaxşılaşdıran antioksidant polifenollarla zəngindir”. 
Həkim beyin üçün badamın da faydalı olduğunu qeyd edib. O bildirib ki, badam E vitamini ilə zəngindir. Həkimin sözlərinə görə, E vitamini beyinin stresslə mübarizə aparmasına kömək edir:

"E vitamini səviyyəsinin yüksək olması beyindəki neyronların plastikliyini və regenerasiyasını gücləndirir, daha aydın yaddaş və daha sürətli emal üçün yeni sinir əlaqələri yaradır. Üstəlik, badam beyin üçün yaxşı zülal və lif mənbəyidir”. 
N.Əli keju fıstığının beyinin sağlam vəziyyətdə qalmasında mühüm rolunun olduğunu bildirib. Onun bildirdiyinə görə keju fıstığı sink, maqnezium və mislə zəngindir. Bu da yaddaşın qorunmasına kömək edir. (Sfera.az)

Son xəbərlər

Azərbaycanlı general vəfat etdi - FOTO

Bakıda sənədsiz evlərin qiyməti ucuzlaşır? - AÇIQLAMA

Tokayev naziri vəzifəsindən AZAD ETDİ

Azərbaycan səfiri britaniyalı nazirlə görüşdü - FOTO

Cəlilabadda 42 nəfər cərimələndi

Sakinlərin NƏZƏRİNƏ: sabah bəzi ərazilərdə qaz olmayacaq

Qazaxıstan prezidenti naziri vəzifəsindən azad etdi

Maskın beş gündə qazancı dünyanı şoka saldı

Xankəndidəki universitetin yataqxanasının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi

Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI

Mirzoyan: Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır

Hərbçilərimiz Aralıq dənizində keçirilən təlimdə iştirak etdilər

İlham Əliyev Edvard Rounu qəbul etdi

FHN-dən hava şəraiti ilə əhaliyə müraciət

Anar Məmmədli barədə qərar verildi

30 aprel - Beynəlxalq Caz Günüdür

Rəsmi Bakı Fransadan Azərbaycanın daxili işlərinə qarışmamağı TƏLƏB ETDİ

Ceyhun Bayramov Qətərin Baş naziri ilə GÖRÜŞDÜ

Soyuq və isti hava elektromobillərin fəaliyyətinə pis təsir göstərir - TƏHLİL

Bütün xəbərlər