BAKU Azərbaycan
°C

Bir çoxumuz üçün səhər qəhvə içmək bir ritualdır, onsuz günə başlamağı təsəvvür etmək çətindir. Demək olar ki, əksəriyyətimiz səhərimizi bir stəkan kofesiz təsəvvür edə bilmirik. Qəhvə təkcə dadı ilə deyil, həm də orqanizmə faydalı olması ilə seçilir. Tərkibində çoxlu antioksidantlar və faydalı komponentlər var.

Qida mütəxəssislərinə görə, qəhvə diqqət və konsentrasiyanı artırır.

 Gundem.az  "Sfera.az"-a istinadən bildirir ki, bildirir ki, mütəxəssislər bəzi məhsulların qəhvə ilə birlikdə qəbulunu qadağan edir. Əks halda bu, sağlamlığa zərər verə bilər.

Bu qidaların siyahısını təqdim edirik:

Ət və qəhvə

Ət və qəhvəni eyni anda qəbul etməkdən çəkinməlisiniz. Qəhvənin tərkibində ətin bir hissəsini təşkil edən bir neçə mineral birləşmələr var. Bu səbəbdən heyvan mənşəli zülal qəhvə ilə yuyulursa, bu, orqanizm üçün vacib olan sinkin bədəndən çıxarılmasına səbəb olur. Məhz buna görə də qırmızı ət, quş əti və ya lobya kimi sinklə zəngin qidalar qəbul etdikdən sonra qəhvədən uzaq durmaq məsləhət görülür.

Süd məhsulları və qəhvə

Bəzilərimiz qəhvə və südü birlikdə içməyə öyrəşmişik. Bu aclığı azaltmağa kömək etsə də, ikisini birlikdə qəbul etmək, əslində faydalı deyil. Qəhvə orqanizmdə kalsiumun udulmasını çətinləşdirə bilir, süd isə sidikqovucudur. Buna görə, kofenin südlə qəbulu kalsiumun sidiklə orqanizmdən xaric olmasına səbəb olur. Həmçinin, digər süd tərkibli məhsullarla qəhvə içmək olmaz. Məsələn; qaymaq, dondurma.

Qızartma və qəhvə

Qızardılmış kartof bəzilərimizə görə qəhvə ilə yaxşı gedir, lakin bu ikili sağlamlığa mənfi təsir göstərir. Qızardılmış qidalarda çox vaxt lazımsız yağlar və normadan artıq xolesterol var. Bu, qəhvənin tərkibindəki kofeinlə birlikdə orqanizmdə xolesterin səviyyəsinin sürətlə artmasına səbəb ola bilər.

Alkoqol və qəhvə

Həkimlər qəhvəni spirtlə birləşdirməməyi və ya bir stəkan şərab içdikdən sonra qəhvə içməməyi məsləhət görürlər. Bu birləşmə orqanizmə zərər verməkdən başqa bir şey etmir. İkisinin eyni anda qəbulu qan təzyiqinin artmasına, yuxu pozğunluğuna və ümumi narahatlığa səbəb ola bilər.

Qəhvə və isti piroqlar

Qəhvə və un məhsulları ürək-damar xəstəliklərindən və artıq çəkidən əziyyət çəkənlər üçün əsas “bazadır”. Bu birləşmə ürək üçün təhlükəlidir, həmçinin xolesterini artırır və şəkərli diabetə səbəb ola bilir.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər