BAKU Azərbaycan
°C

Hər il ABŞ-da keçirilən Şükran Günü bayramından sonra ilk cümə günü məşhur "Black Friday", yəni "Qara Cümə" günü kimi qeyd olunur.

Gundem.az azxeber.com-a istinadən xəbər verir ki, həmin gün mağazalar ən azı 50% olmaqla 80%-90%-dək endirimlər tətbiq etdiklərindən insanlar mağazalara belə demək mümkünsə, hücum çəkirlər.

Bəs nə üçün həmin gün "Qara Cümə" adlandırılır?

Bu günə "Black Friday" adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Bunun səbəbini isə həmin gün ABŞ-ın Filadelfiya ştatında alış-veriş üçün nəqliyyatda yaranan "tıxac"lar və digər çətinliklər göstərilmişdi. Media bu günü "Qara cümə" adlandırmış və bu sərhlövhə tarixə "Black Friday" kimi düşmüşdü. 

Bu il Azərbaycanda da noyabırın 20-dən 26-na qədər bir çox mağazalar "Black Friday", yəni "Qara Cümə" keçirərək, xüsusi endirimlər tətbiq edir, hətta iş vaxtı belə uzadılır.

"Qara Cümə" ilə bağlı  Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bu günün bir yalandan ibarət olduğuna diqqət çəkib:

"İllərdir bu haqda danışıram, bu gün də deyirəm "Qara Cümə" insanları aldatmaq üçün bir tələdir. Bu insanları mağazanın qapısından içəri salmaq üçün hazırlanan bir plandır. Burada iki aspekt var. Birincisi və əsas məsələ müsəlman aləminin müqəddəs cümə gününə bir qara yaxmaqdan ibarətdir. "Blacf friday" müsəlmanları müqəddəs gündən uzaqlaşdırmaq üçün ABŞ-dan, Avropadan gələn bir jestdir. İkincisi isə yalançı mağazaların insanları qapıdan içəri salıb saxta və sıradan çıxmış məhsullarını satmaq üçün düşünülmüş bir yoldur".
 
Eyyub Hüseynov "Qara Cümə" adı altında tətbiq olunan endirimlərin həqiqəti əks etdirmədiyini bildirib:

"Bəzi mağazalar iki ay əvvəl bilərək qıyməti qaldırırlar, sonra guya endirirlər. Əslində o sizin gördüyünüz endirimli sandığınız qiymət malın həqiqi qiymətidir, heç bir endirimdən söz gedə bilməz. İnsanları aldadırlar. Siz başqa nə gözləyə bilərsiniz ki, bu gündən? Bu bütün dünya ölkələrində istehlakçıları aldatmaq üçün olan qlobal bir çağırışdır. Ümumiyyətlə "Sevgililər günü", "8 Mart", "Yeni il" kimi bayramlar hamısı biznes layihəli bayramlardır".

Məqaləyə dair fotomateriallar:

 

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər