BAKU Azərbaycan
°C

Gündəm.az-ın suallarınıTürkiyənin Azərbaycandakı sabiq səfiri, İMZA Sosial İnkişafı Dəstəkləmə İctimai Birliyinin Türkiyə nümayəndəsi  Hulusi Kılıç cavablandırıb. 

Müsahibəni təqdim edirik. 

-  Bir neçə gün öncə Rize-Artvin Hava Limanının iki qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı oldu. Artıq bu cür mötəbər tədbirlərdə qardaş ölkələrin liderlərinin iştirakı ənənə halını alıb. İstərdim öncə yeni açılmış hava limanının əhəmiyyətini və Azərbaycan Prezidentinin də mərasimdə iştirakının əhəmiyyətini qiymətləndirəsiniz.

- 14 mayda Rize-Artvin Hava Limanının açılışı Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə gerçəkləşdirildi. Cənab İlham Əliyevin hava limanının açılışında iştirakı dünyanın diqqətini çəkdi. Azərbaycan və Türkiyə önəmli məsələlərdə bir yerdədir və bu birlik günü-gündən güclənir. 2021-ci ildə Fizuli hava limanının və yeni avtomobil yolunun açılışlarında cənab Ərdoğanın iştirakı da dünyanın diqqətini çəkmişdi. 44 günlük müharibədən sonra, 8 ay ərzində hava limanın hazır vəziyyətə gətirilməsi, doğrudan da, diqqətçəkən idi. Ermənistan bundan üzülmüşdü və təəccüblənmişdilər.15 iyun 2021-ci ildə Şuşa bəyannaməsi imzalandı. Bu bəyannamə Türkiyə-Azərbaycan dostluğunu, əməkdaşlığını daha da gücləndirdi. Cənab İlham Əliyev Rizədə çıxışı zamanı çox önəmli mesajlar verdi. 44 günlük müharibə zamanı qardaş Türkiyənin ilk gündən sona qədər Azərbaycana dəstək verdiyini söylədi. Dünyada bunun başqa bir örnəyi yoxdur. 1993-cü ildə Kəlbəcər işğal ediləndən sonra Türkiyə Ermənistanla həm sərhədləri bağladı, həm də diplomatik əlaqələri kəsdi. Dünyada bunun oxşarı olmayıb ki, bir ölkə digər ölkədən ötürü üçüncü bir tərəflə diplomatik əlaqələri kəssin, sərhədləri bağlasın. Bu gün Azərbaycan vətəndaşları Türkiyəyə, Türkiyə vətəndaşları isə Azərbaycana şəxsiyyət vəsiqələri ilə gedirlər. Əməkdaşlığımız iqtisadi sahədə də günü-gündən güclənməkdədir. Azərbaycanın Qərbə istiqamətlənmiş magistral neft, qaz xətləri Türkiyədən keçir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Qars-Ərzurum, TANAP kimi layihələr Türkiyədən keçir. Bizim gücümüz birliyimizdədir. Bir millət iki dövlətik. Lazım olanda isə bir millət bir dövlət ola bilirik. Dünya bunu görsün və görəcəkdir. 

- Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Finlandiya və İsveçin NATO-ya üzv olmasına isti baxmamasına dair açıqlaması dünya mediasının gündəmi olub. Nədən Türkiyə bu iki Avropa ölkəsinin NATO-da olmasını istəmir?  

- Rusiya-Ukrayna müharibəsindən sonra həm İsveç, həm də Finlandiya NATO-ya üzv olmaq niyyətlərini açıqladılar. NATO-nun bu iki dövləti qoruyacağından dolayı bu arzular dilə gətirildi. 1949-cu ildən bəri bu ölkələr tərəfsiz olduqlarını bəyan etmişdilər. Amma ötən həftə bu ölkələrin baş nazirləri Stokholmda bir araya gəldilər. Türkiyə NATO-nun açıq qapı siyasətini dəstəkləyən ölkədir. Amma İsveç və Finlandiya Türkiyənin ərazi bütövlüyünü tanımayan, ona qarşı ərazi iddalarında olan PKK terror təşkilatını dəstəkləyir. İsveçin xarici işlər naziri bir müddət öncə Türkiyənin Suriyadan çəkilməsini tələb etdi. Belə həddini aşan açıqlama verən bir ölkənin baş naziri nədən eyni tələbi ABŞ və Rusiyaya qarşı etmir? Türkiyə Suriyanın qonşsudur, İsveç isə çox uzaqda yerləşir. Sənin boyun nə, çəkin nədir ki, Türkiyəyə bunu söyləyirsən? Öz torpaqları, ölkələri təhlükə altına düşəndə NATO-nun çətiri altına girməyə çalışırlar. Amma özləri Türkiyənin ərazi bütövlüyünə qarşı gələn terrorçuları dəstəkləyir, bəsləyirlər. Türkiyə NATO-nun qurucularından biridir. Bizim tələbimiz budur ki, əgər onlar NATO-ya üzv olmaq istəyirlərsə, ölkələrini terrorçulardan təmizləsinlər. Bizə söz versinlər ki, Türkiyəyə qarşı olan qüvvələri dəstəkləməyəcəklər. Bu halda Türkiyə də onların NATO-ya girməsinə “yaşıl işıq” yandıracaq. Həm bizə qarşı olacaqsan, həm də bizimlə bir yerdə? Belə  şey yoxdur. Ola bilməz. Türkiyə veto qoyarsa, bu ölklər NATO-ya girə bilməz. Türkiyə Rusiyadan  S-400 müdafiə sistemi alarkan embarqo siyasəti tətbiq edən ölkələr bunu anlamalıdırlar. Dürüst olmaq gərəkdir. Bundan sonra Türkiyəyə deyəcəklər ki, İsveç və Finlandiyanı NATO-ya al. Bu mümkün deyil. Türkiyəni əmin etməsələr, bu ölkələin NATO-ya girməsinə “yaşıl işıq” yandırılmayacaq. 1980-ci ildə acı Yunanıstan təcrübəsi var. Yunanıstandan əminlik almadan bu ölkənin təkrarən NATO-ya üzvlüyünə razılıq verildi. Yunanıstan Tükiyəyə çox çətiliklər yaşatdı. Biz indi acı təcrübəmizdən yararlanıb bu dəfə haqlı tələblər irəli sürmüşük. Bir daha bunların təkrarlanmasına izn verməyəcəyik. Türkiyənin torpaq bütünlüyünü təhdid edən PKK, PYD yandaşlarını dəstəkləyən bir ölkə buna son qoyandan sonra, Türkiydən izn alaraq NATO-ya üzv olmalıdırlar.

- Bəzi ekspertlər cənab Ərdoğanın bu açıqlmasını Rusiyaya jest kimi qiymətləndirir. Yəni bu mövqeni NATO-nun Rusiyaya qarşı genişlənən proqramına maneə kimi dəyərləndirənlər var. Siz necə düşünürsünüz?

- NATO-nun Rusiyaya qarşı genişlnmə proqramı haradasa sərtdir. Türkiyə Ukrayna savaşının bitməsini istəyir və bu yöndə çabalar göstərir. İsveç və Finlandiya da NATO-ya alınarsa, Rusiya bunu özünə qarşı təhdid kimi qiymətləndirəcək. Bu iki ölkənin NATO-ya alınması Ukrayna müharibəsinin gedişatına təsir gösərəcək. Müharibə bitsin, İsveç və Finlandiya Türkiyəni əmn etsin, ondan sonra NATO-ya üzv olarlar. Bizdə belə bir söz var - yanğına körüklə gedilməz. Hazırda Türkyə NATO-nun genişlnməsinə “xeyr” deyir. Amma yuxarıda qeyd etdiyim kimi, Türkiyə NATO-nun açıq qapı siyasətinə qarşı deyil. Bu zaman bəzi vacib məqamlaın nəzərə alınması lazımdır. 

- Türkiyənin Rusiya ilə mövcud münasibətlərinin səviyyəsini necə qiymətləndirmək olar? Bu münasibətlər regiondakı proseslərə necə təsir göstərir?

- Türkiyə-Rusiya münasibətəri hazırda çox sıcaqdır. Rusiya bilir ki, Türkiyə demək Azərbaycan deməkdir və ya Azərbaycan demək Türkiyə deməkdir. Bizim həmrəyliyimiz kiməsə qarşı yönəlməyb. Qarabağ torpaqları 30 il haqsız olaraq işğal altna qaldı. Putin 44 gün çəkən Zəfər müharibəsinə müdaxilə etmədi. Torpaqlar geri alındı. 3 tərəfli bəyanat imzalandı. Həmin bəyanatda Zəngəzur dəhliznin açılması məsələsi var. Rusiya bunu təqib edir, təqib etməsi lazımdır. Rusiya-Türkiyə əlaqələrinn hazırkı durumu bölgədə sülhün olmasına yönəlib. Qarabağda 25 min erməni toplumu var. Onların bir an öncə Azərbaycan vətndaşlığını qəbul etmələri lazımdr. Rus sülhməramıları bu prosesin reallaşması üçün oradadır. Muxtariyyət məsələsi bitmişdir. 25 min erməninin muxtariyyət tələbi də məntiqsizdr. Fağır Ermənistan vətəndaşları olmaqdansa, varlı Azərbaycan vətəndaşları olmaq lazımdır. Ağıllarını nə qədər tez başlarına yığsalar o qədər yaxşıdır. 

- Sizin Rusiya-Ukrayna müharibəsilə bağlı proqnozunuzu bilmək maraqlı olardı. Bu müharibənin uzun çəkəcəyinə dair fikirlər nə dərəcə də məntiqlidir?

- Rusiya-Ukrayna müharibəsinin 83-cü günüdür. Bu savaşın uzun mddət davam edəcəyi anlaşılır. ABŞ və bəzi Qərb ölkələri bu savaşın bitməsini istəmir. Ukrayna üzərindən Rusiyanın zəiflədilməsi siyasətini həyata keçirirlər. NATO üzv dövlətlərindən Ukraynaya daha çox silah verilməsinə dair çağırışlar var. Ukrayna ərazisində Qərb-Rusiya savaşı gedir. Ukrayna xalqı bu savaşın qurbanlarıdır. Minlərlə insan dünyasını dəyişib. Milyonlarla Ukrayna vətəndaşı ev-eşiyindən didərgin düşüb. Türkiyə müharibənin həmən bitməsini istəyir. Müharibənin bitməsi üçün cənab Ərdoğan Ukrayna və Rusiya liderlərilə sıx təmasdadır. Türkiyənin əli açıqdır, hər kəs bu əli sıxa bilər.  

- Müharibə Rusiya-Türkiyə və Ukrayna-Türkiyə iqtisadi münasibətlərinə necə təsir göstərib?

- Ukrayna Türkyənin çox önəml ticarət ortağı idi. Xüsusilə də, kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edirdik. Ukrayndan taxıl məhsulları alırdıq. Ukraynalı turistlər Türkiyəyə üz tuturdular. Təəssüf ki, bu il Ukraynalı turistlər Türkiyəyə gələ bilməyəcəklər. Müharibə Ukrayna-Türkiyə iqtisadi əlaqələrinə ciddi təsir göstərib. Amma Türkiyə embarqo siyasətinə qoşulmadığı üçün Rusya-Türkiyə iqtisadi əlaqələrində ciddi geriləmə müşahidə olunmur. Xüsusilə də, bu il Rusiyadan daha çox turistin Türkiyəyə gəlməsini gözləyirik. 

Söhbətəşdi: Nurlan
 

Son xəbərlər

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə GETDİLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Ukraynada nazir İSTEFA VERDİ

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Sabah 32 dərəcə isti OLACAQ

Bütün xəbərlər