Siyasət
01.12.2022 / 17:34
251
“Qarabağın işğalını görməzdən gəlirdilər” – Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ağrı-Patnos yolunun açılış mərasiminə canlı bağlantı vasitəsilə ilə qoşulub.
Ərdoğan çıxışı zamanı Qarabağın işğalından danışıb.
“Malazgirtdən bəri Anadoludakı varlığımızın hər günü bu vətəni bizə çox görənlərin hücumlarına qarşı mübarizə aparmışıq. Sərhədlərimizdən kənarda – azərbaycanlı qardaşlarımızın torpaqlarının işğalda saxlanılmasının görməzdən gəlinməsində də eyni anlayış var idi. Sinsi və riyakar tələləri yalnız birlikdə poza bilərik”, - deyə Türkiyə Prezidenti söyləyib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay