BAKU Azərbaycan
°C

Rusiyada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk və Prezident Volodimir Zelenskinin məhv edilməsi əmri verilib.

Gundem.az bildirir ki, bu barədə “Army Times” jurnalı Qərb zabitlərinə istinadən iddia irəli sürüb. Nəşr bir neçə gün qabaq jurnalistlərin Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbərinə ünvanladıqları suala diqqət çəkib.

“Onlar “Rusiyaya qarşı cinayət törədən düşmənlərin, o cümlədən Ukrayna xüsusi xidmət orqanlarının rəhbərlərinin niyə hələ də sağ qalması və məğlub olmamaları ilə bağlı sual veriblər. Aleksandr Bortnikov isə "Hər şey qabaqdadır" - bildirib. Öz növbəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Moskvadakı terror aktının arxasında duranlar kimi Ukrayna xüsusi xidmət orqanlarının rəhbərlərinin adını çəkib. Onların Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfləri olub-olmaması sualına müsbət cavab verilib. Eyni zamanda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev hücumda iştirak edən hər kəsin öldürülməli olduğunu vurğulayıb. Bu səbəbdən, Ukraynanın bir sıra hərbi-siyasi liderlərinin yüksək dəqiqlikli, pilotsuz vasitələrlə və ya Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən məhv edilməsi barədə qərar artıq qəbul edilib”.

“Army Times” vurğulayıb ki, Putin terrorçuların dindirilməsinin nəticələrinə dair geniş məruzə, araşdırmalar, o cümlədən Türkiyə, Belarusiya və Rusiya kəşfiyyat xidmətləri tərəfindən müəyyənləşdirilən məlumatların təhlilindən sonra bu barədə qərara gəlib. Rusiyalı politoloqlar da qeyd ediblər ki, Ukraynanın terror aktında iştirakı ilə bağlı mütləq və təkzibedilməz sübutlar əldə olunarsa, Volodimir Zelenski qanuni hədəf kimi tanınacaq.

“Sadə dillə desək, Zelenski, Malyuk və Budanov çox güman ki, dəqiq raket və ya PUA zərbəsi ilə “əziləcəklər”. Moskva artıq Zelenskinin korteji üzərində pilotsuz uçan aparatın və Odessada raketin görüntülərini nümayiş etdirib. Bu, zaman məsələsidir və yekun siyasi qərardır”, - ehtiyatda olan polkovnik-leytenant Aleksandr Medvedev bildirib. (Sfera.az)

Son xəbərlər

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI 

Prezident QƏBUL KEÇİRDİ

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Dünya bazarlarında neft UCUZLAŞDI

Türkiyə şirkəti Ağdam Sənaye Parkında REZİDENT OLACAQ

Məşhur aktyor Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

Bütün xəbərlər