BAKU Azərbaycan
°C

Aprelin 8-də Romada Azərbaycan Xarici İşlər Nazirliyi ilə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Gundem.az-a bildiriblər ki, siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, qarşı tərəfdən isə İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq, onun gücləndirilməsi, həmçinin siyasi, ticarət-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar sahələrdə əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Tərəfdaşlığın dərinləşdirilməsi üçün yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, habelə Strateji Dialoqun və Hökumətlərarası Komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq və regional gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi mövzuları da müzakirələrin diqqət mərkəzində olub.

Qarşı tərəf bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29-a hazırlıq və görüləcək işlərlə bağlı məlumatlandırılıb.

Qarşı tərəfə regional vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar barədə məlumat verilib. Habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri, bu xüsusda İtaliya ilə əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında mədəniyyət, elm, təhsil sahələrində, xüsusilə də Bakıda İtaliya-Azərbaycan Universiteti çərçivəsində həyata keçirilən mübadilələrin, habelə beynəlxalq inkişafa yardım sahəsində potensial əməkdaşlıq imkanlarının tərəfdaşlığın şaxələndirilməsindəki əhəmiyyətini qeyd ediblər.

Səfər zamanı F.Rzayev, həmçinin İtaliyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də nüfuzlu beyin mərkəzlərində təşkil olunmuş tədbirlərdə çıxış edib.

Son xəbərlər

Axtarışda olan 76 nəfər SAXLANILDI 

Azərbaycan neftinin qiyməti 89 dollara ENDİ

ADNA-da terror aktı törədilməsindən 15 İL ÖTÜR

Ailənin lənətindən qaçmağa çalışır, restoranlara nifrət edir - Con Kennedinin nəvəsi

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

Bütün xəbərlər