BAKU Azərbaycan
°C

"Avropa Birliyinin hazırkı rəhbərliyi istefa verməlidir".

Gundem.az bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. O, qəbul edilən layihələrin uğursuzluğa düçar olduğunu qeyd edib.

“Uğursuz Brüssel bürokratlarından qurtulmağın vaxtıdır. Dəyişikliyə ehtiyacımız var", – Viktor Orban “X” səhifəsində yazıb.

Baş nazir Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin bəyanatını xatırladıb. O bildirib ki, Macarıstan gender və miqrasiya siyasətini dəyişdirənə qədər Aİ-dən gələcək pula bel bağlaya bilməz. Orban hesab edir ki, Avropa İttifaqının yaratdığı hüquq sistemi şantaj alətinə çevrilib.

Xatırladaq ki, bundan əvvəl Aİ yeni miqrasiya paktı qəbul etsə də, Orban ona qarşı çıxdı. O, “Belə bir addım Avropa İttifaqının tabutuna daha bir mismardır”, - bildirib.

Orban həmçinin, ölkəsini miqrantlardan və “Brüssel bürokratlarından” müdafiə edəcəyini söyləyib.

Qeyd edək ki, sözügedən pakta görə, bütün miqrantlar müəyyən edilmiş qaydalardan asılı olaraq Aİ ölkələrində yerləşdirilir. Birlik üzvlərinin iki variantı var: ya hər il müəyyən sayda miqrantı qəbul etmək, ya da onların başqa ölkələrdə məskunlaşması üçün birgə fonda töhfə vermək - təxminən 20 min avro...Macarıstan isə buna qəti şəkildə qarşı çıxır. Bildirilir ki, miqrantlar ilk növbədə öz ölkələrində bütün problemləri həll etməli, yalnız bundan sonra məskunlaşmalıdırlar.(sfera.az)

 

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər