Texnologiya
28.03.2024 / 20:55
324
“X” sosial şəbəkəsinin premium istifadəçilərinə şad xəbər - VİDEO
"xAI" şirkəti tərəfindən hazırlanmış "Grok AI" çatbotunun bu həftə "X" sosial şəbəkəsinin premium istifadəçiləri üçün əlçatan olacaq.
Gundem.az oxu.az-a istinadən bildirir ki, bu barədə İlon Mask özünün "X" hesabında məlumat verib.
"Bu həftənin sonunda "Grok" yalnız "Premium+" deyil, bütün "Premium" abunəçiləri üçün əlçatan olacaq", - deyə sahibkar yazıb.
Qeyd edək ki, 2023-cü ilin dekabrında Mask "Grok AI" çatbotunun beta versiyasının istifadəyə verildiyini elan edib. ABŞ-də "X"də yeni neyroşəbəkədən "Premium+" abunəçiləri istifadə edə biliblər.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay