BAKU Azərbaycan
°C

Amerikanın İT nəhəngi "Google" süni intellekt (AI) texnologiyasından istifadə edərək internet axtarış xidmətləri üçün ödənişlərin tətbiqi imkanlarını araşdırır.

Gundem.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) mənbələrə istinadən məlumat yayıb.

Süni intellektlə axtarış, "Google"un özəl chatbotu olan "Gemini"dən sorğuların və nəticələrin emalına aiddir. Məsələn, "Gemini"nin premium xidmətləri "Gmail" və "Google sənədlər" kimi digər "Google" onlayn məhsullarında artıq mövcuddur.

"Google" artıq "Gemini"nin axtarış inteqrasiyası üzərində çalışsa da, şirkət rəhbərliyinin hələlik onların ödənişli işə salınması ilə bağlı yekun qərar vermədiyi bildirilir. "Google" ödənişli funksiyaları təqdim etmək qərarına gəlsə, şirkət onları buraxmaq üçün uyğun anı axtaracaq. Bundan sonra Klassik Veb Axtarış pulsuz olmağa davam edəcək.

SGE (Search Generative Experience) adlanan süni intellekt funksiyaları ilə "Google" axtarışı artıq 2023-cü ilin may ayından sınaq rejimində işləyir. Bu daha çox bulud yaddaşı təmin edən ödənişli "Google One" abunəsi olan çox məhdud sayda istifadəçilər üçün əlçatandır. AI (süni intellekt) axtarışı insanların xüsusi suallarına ətraflı cavablar təklif edir və daha çox məlumat üçün keçidlər təqdim edir.

Google SGE-nin sınaqlarını genişləndirməyə tələsmir, çünki belə bir xidmətin saxlanması klassik axtarışın məzmunundan baha başa gəlir. Fakt budur ki, generativ süni intellekt ənənəvi server klasterlərindən daha çox hesablama resursları istehlak edir.

Son xəbərlər

Ər onu "Xoşqədəm"də axtarır, özü Lalənin efirindədir - FOTO

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqladı

Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - FOTO

Bakıda məşhur bazar SÖKÜLƏCƏK - RƏSMİ

Paşinyan istefa verməyə HAZIRLAŞMIR

Türkiyədə Papillon otellərini ziyarət etmək üçün TOP 5 səbəb - FOTOLAR

Sabah leysan yağacaq, külək əsəcək - PROQNOZ

Kremldə Putinin andiçmə mərasimi BAŞLADI - YENİLƏNDİ

Paşinyan: "Azərbaycan və Türkiyə ilə düşmənçiliyi sıfıra endirməliyik"

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Bakıda 41 yaşlı prokuror yol qəzasında VƏFAT ETDİ

İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü BAŞLADI

"Heydər Əliyev Fondunun əsas qayəsi Ulu Öndərin irsini yaşatmaqdır" - Millət vəkili

Bütün xəbərlər