BAKU Azərbaycan
°C

Dünən şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanımın video çıxışından sonra bulanıq suda balıq tutmaq istəyənlərin də sayı artıb.

Səmayə xanımın çıxışı aldığı yanlış məlumatlar və emosionallıq üzərində qurulsa da, bəziləri şəhid anasının fikirlərindən iyrənc məqsədlər üçün istifadə etməyə başladılar. Məsələn, Prezident Administrasiyasının (PA) sabiq şöbə müdiri Əli Həsənovun yaxın qohumu Bəhruz Həsənov kimi.

Gundem.az bildirir ki, B.Həsənov PA-da Ə.Həsənovun köməkçisi olub. Ə.Həsənov vəzifədən qovulandan sonra B.Həsənov da işdən çıxarıldı. Ə.Həsənovun sayəsində ölkənin ən ali orqanında layiq olmadığı postu tutan B.Həsənov jurnalistlər binasından ev də almışdı. Sürdüyü bahalı maşını, Jurnalistlər binasındakı evi və digər maddi imtiyazları məhz Ə.Həsənovun sayəsində qazanmışdı.

Bu gün nə baş verir? B.Həsənov AXCP sədri Əli Kərimli və xaricdən dövlətimizi hədəfə alan söyüşcül müxalifətlə eyni mövqedən çıxış edərək şəhid anasının fikirlərini fərqli istiqamətə yönləndirir. Vaxtilə adı FETÖ-nun "imamları" siyahısında olan B.Həsənovun belə bir mövqe sərgiləməsi təəccüblü deyil. Belə adamlar vəzifədə olanda "dövlətçi", vəzifədən çıxanda "tənqidçi" olurlar. Görəsən, B.Həsənov PA-da işləyəndə belə bir mövqedən çıxış edə, şəhid anasının emsional çıxışına görə bütövlükdə dövlət sistemini hədəfə ala bilərdimi? Əlbəttə ki, xeyr! Bəlkə elə B.Həsənov belə bir mövqe ortaya qoymaqla, hadisələri qızışdıran status yazmaqla Ə.Həsənovun sifarişini icra edir!?

O, əgər bu günə qədər dövlət marağının və hərbi məsələlərin mahiyyətini anlamayıbsa və bu tip məsələlərin sosial şəbəkələrdə aqressiv şəkildə müzakirəsini aparırsa, buna ancaq təəssüf etmək olmaz. Hər kəs öz həddini bilməlidir!

Sfera.az B.Həsənovun statusunu olduğu kimi təqdim edir: "Şəhid anasını o cür danışdıranlar xaindirlər" ifadəsi mənasız olduğu qədər də naçar yanaşmadır. Məgər, danışmaq istəyənə smartfon qəhətdir? Deməli, şəhid anasını dinləmək lazımdır ki, onu narahat edən məsələləri, bəzən əsası olmayan ittihamları ictimailəşdirməsin. İctimailşərsə dövlət maraqları zərbə altında qalar. "Dövlət marağı" ifadəsi qəhqəhə doğurursa nə etmək olar... Manipulyasiya hər zaman olacaq, milli reflekslər sağlam olduğu təqdirdə təhlükə yoxdur".

Son xəbərlər

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

Aİ İrana başsağlığı verdi

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

Polis mayoru qəfil vəfat etdi - FOTO

Cinayət törədən 94 nəfər SAXLANILDI 

İran bu ölkələrə təşəkkür etdi

Azərbaycan XİN İrana BAŞSAĞLIĞI VERDİ

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Helikopterin qəzaya uğradığı yeri "Akınçı" tapdı 

Bakının iki qəsəbəsində qaz olmayacaq - XƏBƏRDARLIQ!

İlham Əliyev İranın Ali Rəhbərinə BAŞSAĞLIĞI VERDİ

Bütün xəbərlər