BAKU Azərbaycan
°C

Sosial problemlərin müzakirə olunduğu verilişlərlə bağlı narazılığın kütləvi xarakter alması hakimiyyət ideoloqlarını narahat etməyə başlayıb. İqtidar düşərgəsində hesab edirlər ki, Azərbaycan efirinə çəki-düzən verməyin vaxtı çatıb.

Gundem.az  xəbər verir ki, sosial verilişlərdə peşəkar prinsiplərin ayaqlar altına atılması, şəxsi həyata yersiz müdaxilə, aparıcıların müstəntiq funksiyasını həyata keçirməsi ciddi narazılıq doğurub. Qafqazinfonun məlumatına görə, bununla bağlı artıq dörd TV-nin - ATV, Xəzər, ARB və Space televiziyasının rəhbəri Prezident Administrasiyasına çağırılıb. Onlara "Səni axtarıram", "Elgizlə izlə*, "Yaxşıya doğru", "Bizimləsən", "Həmin Zaur" verilişləri ilə bağlı xəbərdarlıq edilib. Və onlardan efirdəki bu biabırçılığa tezliklə son qoymaq qəti şəkildə tələb olunub. Məlumata görə, telekanal rəhbərləri vəziyyətin ciddi olduğunu nəzərə alaraq, tədbir görməyə qərar veriblər. Tədbirlər planına həmin verilişlərin bağlanılması da daxildir.

Adıçəkilən telekanallardan birinin məsul şəxsi deyib ki, hazırda həmin verilişlərin bağlanılması mümkün deyil. Bu, həmin telekanalların fəaliyyətinə ciddi zərbə vura, efirdə boşluğun yaranmasına səbəb ola bilər. Buna görə də ilkin mərhələdə bu verilişlərin keyfiyyətinin artırılmasına, qeyri-etik davranışlara son qoyulmasına qərar verilib. Sezon sonunda isə həmin verilişlərin tamamilə efirdən yığışdırılması barədə razılığa gəlinib. 

Mənbə deyib ki, telekanal rəhbərləri özləri də sözügedən verilişlərin onların reputasiyasını ciddi şəkildə zədələdiyinin fərqindədir və bu biabırçılığa son qoymaq üçün yollar axtarırlar.

Son xəbərlər

Tiktok bu ölkədə qadağan edilə bilər

Qurban Qurbanovun sabiq köməkçisi İngiltərə klubunda baş məşqçi oldu

Az miqdarda alkoqolun ölümcül ola biləcəyi xəstəliklər - Xəbərdarlıq

Messi "Qalatasaray"a transfer olacaq? - Şok iddia

Azərbaycanda sexdə partlayış - xəsarət alanlar var - FOTO

Bu şəxslərə südlü qəhvə içmək olmaz

Bakıda qadını aldadıb pullarını alan şəxs tutuldu

26 yaşlı qız dəm qazından boğularaq öldü

Qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar

Aparat rəhbərinə ağır itki - FOTO

Elnarə Abdullayevanın ailəsində pis xəbər

İsmayıllıda yanğın

Naxçıvanda ağır qəza - Ölən var - FOTOLAR

Sabah Bakıda leysan olacaq

Elnur Nağdəliyev direktor təyin olundu

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

DYP bu sürücülərə MÜRACİƏT ETDİ

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycanda generala hökm oxundu - 143 milyonluq mənimsəmə

Pənah Bəkirov vəfat etdi - FOTO

Bütün xəbərlər