Sonsuzluq, xərçəng... - Bu qadınlar lazer epilyasiyası ETDİRMƏSİN!
Ölkəmizdə eləcə də dünyada lazer epilyasiyası geniş yayılıb.
Gundem.az xəbər verir ki, müasir dövrdə insanların öz rahatlıqları üçün asan üsullara maraqlı olması danılmaz faktdır. Bu üsullardan biri də arzuolunmaz tüklərdən uzunmüddətli azad olmaq istəyidir. Bu baxımdan lazer epilyasiyasına üz tutanlar arasında qadınlarla yanaşı kişilərin də sayı kifayət qədərdir. Lazer işığı tibbdə 50 ildən çoxdur ki, müxtəlif sahələrdə istifadə olunur.
Lazer epilyasiyası isə bədəndəki arzuolunmaz tüklərin lazer enerjisi vasitəsilə uzunmüddətli yox edilməsidir. Lazer epilyasiyası zamanı tükün kökündə olan melanin piqmenti lazer şüasının təsiri altında qızır və tükün kökünü məhv edir. Lazer epilyasiyasının tətbiqi üsulu cihazların növlərinə bağlıdır. Lazer üsulunun getdikcə artan populyarlığı təyinatı üzrə müxtəlif cihazların icad edilməsinə səbəb olub.
Lazer epilyasiyasının bir sıra üstünlükləri olduğu kimi mənfi cəhətləri də mövcuddur. Hər aparatdan hər bədəndə istifadə etmək olmaz. Görülən işin keyfiyyətinə təminat verilməlidir. Bu proseduru düzgün tətbiq edən, insanların dəri tiplərini və cihazları tanıyan mütəxəssislərə üstünlük verilməlidir. Lazer epilyasiyası çox az vaxtda həyata keçirilir və bədənin həssas hissələrində də tətbiq oluna bilir. Lakin bu prosedur kəskin dəri xəstəliyi, varikoz, şəkərli diabet və ürək-damar xəstəlikləri yaradır. Xanımların ən çox narahat edən isə lazer prosedurundan sonra sonsuzluğun yaranması və xərçəngin meydana gəlməsidir. Lakin araşdırmalar göstərir ki, kiçik şüalar sonsuzluq və xərçəng yaratmır. Amma genital bölgələrin lazer epilyası zamanı bir sıra əks göstərişlər meydana gələ bilir. Məhz bu baxımdan hamilə qadınlara, südverən analara və sistit problemi olan qadınlara lazer epilyasiyası məsləhət görülmür. (Sfera.az)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay