BAKU Azərbaycan
°C

Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə bir çox məsələlərə münasibəti dəyişib. Təəssüf ki, bunlardan biri də 9 May – Alman faşizmi üzərində Qələbə gününə baxışdır. Bir çox postsovet ölkəsi faktiki olaraq, bu tarixin qeyd edilməsinə qarşı çıxır və insanlar arasında bu istiqamətdə müvafiq təbliğat aparılır.

Təəssüf ki, bənzər tendensiya ölkəmizdə də yaşanır. Mövzu hər nə qədər həssas olsa da, mən 9 May tarixindən imtina etməyi doğru hesab etmirəm. Məsələ ondadır ki, 9 May – Alman nazimi üzərində qələbə günüdür və bu qələbə təkcə rus xalqının qələbəsi demək deyil. Onsuz da Rusiya bir neçə ildir II Dünya müharibəsindəki qələbəni təkbaşına mənimsəməyə çalışır və digər xalqların iştirakını şübhə altına salmağa çalışır. 

“Böyük vətən müharibəsi” ifadəsindən imtina etmək “9 May"dan imtina demək deyil!

Hesab edirəm 1941-1945-ci il tarixindən bəhs edərkən bu tarixi “Böyük vətən müharibəsi” olaraq qeyd etməməliyik. Ümumiyyətlə bu ifadə doğru deyil. SSRİ rus işğalları nəticəsində yaranan xalqlar həbsxanası idi və bir həbsxana onun içərisində illərlə yaşayan bir məhbus üçün heç vaxt vətən ola bilməz. SSRİ də məhz belə idi. 

20-ci əsrin 90-cı illəri bir daha sübut etdi ki, 15 respublika onun xalqları heç vaxt SSRİ-ni özlərinin böyük vətəni saymayıb. Bu mənada Böyük Vətən müharibəsi ifadəsini doğru saymıram və bu ifadədən birmənalı imtina edilməlidir. 9 Mayı alman nasizmi üzərində qələbə kimi qeyd etmək daha doğrudur. 

9 Maydan imtina 600 mindən çox azərbaycanlının fədakarlığına hörmətsizlikdir!

Böyük Vətən müharibəsi yox, İkinci Dünya müharibəsi illərində Azərbaycan SSRİ-nin əhalisi 2 milyon 400 mindən az idi. Bununla belə Azərbaycandan müharibəyə 600 mindən çox azərbaycanlı göndərilmişdi. Müqayisə üçün deyə bilərəm ki, hazırda total səfərbərlik zamanı əhalinin yalnız 10-15 faizi orduya cəlb edilir. 1941-45-ci illərdə isə Azərbaycan xalqının 30-40 faizi müharibəyə cəlb edilmişdi. Yəni müharibə hər bir azərbaycanlının evinə girmişdi. 
Müharibə hər bir azərbaycanlının evinə girsə də müharibədə iştirak edən azərbaycanlıların yarısı bir daha evlərinə qayıda bilmədi. Onların nəşi belə müharibə sonrasında ölkəyə gətirilmədi. Yəni bu gün Ukraynada işğalı müharibə aparan Rusiyanın geniş çöllərindən Berlinə qədər hər yerdə isimsiz məzarlarda azərbaycanlılar uyuyur. 

Bütün bunları nəzərə alıb 9 Maydan imtina etmək müharibədə iştirak edən 600 mindən çox azərbaycanlının ruhuna, qanına, adsız məzarlarına hörmətsizlikdir. 9 May Azərbaycan xalqının da canı, bahasına qazanılan qələbə günüdür. 9 May Həzi Aslanov, İsrafil Məmmədov, Ziya Bünyadov, Gəray Əsədov, Qafur Məmmədov Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov kimi 127 Sovet İttifaqı Qəhrəmanı adını alan və bu adı almayan minlərlə azərbaycanlının həmçinin  Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov kimi onminminlərlə partizan soydaşımızın günüdür. Bu gündən imtina onlardan imtina deməkdir.

Turan Rzayev
 

Son xəbərlər

Satışda olan saxta məhsulları necə ayırd edək? - VİDEO

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Bakıda 17 min manata pişik satılır - VİDEO

Sabah 4 rayonda qaz olmayacaq

Bayramov ATƏT sədri ilə telefon danışığı apardı

HƏMAS İsraillə atəşkəsə RAZILAŞDI

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

Dünya çempionu vəfat etdi - FOTO

Nazir Ülviyyəni qəbul etdi

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

COP29-la bağlı iki xəstəxana AYRILDI

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Bütün xəbərlər