BAKU Azərbaycan
°C

Sosial şəbəkələrdə içki içib sərxoş vəziyyətdə qəbirstanlıqda yasin oxuyan mollanın videogörüntüləri yayılıb.

Söhbət Qaraçuxur qəbirstanlığının mollası iddia edilən Qürbət adlı şəxsdən gedir. Görüntülərdə “Hacı” deyə müraciət edilən şəxsin əvvəlcə hansısa kafedə içki içdiyi, daha sonra isə qəbirstanlıqda göründüyü əks olunur. 

İctimaiyyətdə birmənalı qarşılanmayan bu mənzərə dini inancı olan insanları da hiddətləndirib.

Hətta sosial şəbəkələrdə molla statusu daşıyan Qürbət adlı şəxsin Qaraçuxur qəbirstanlığından qovulması kimi çağırışlar da edilib. 

Gundem.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media qəbirstanlığa cavabdeh qurum olan Qaraçuxur bələdiyyəsi ilə əlaqə yaradıb.

Bələdiyyə sədri İxtiyar Nəcəfov saytımıza açıqlamasında sözügedən şəxsin qəbirstanlığın mollası olmadığını deyib:

“O küçədə dayanır və rəhmətə gedənlər üçün yasin oxuyur. Həmin görüntüləri görməmişəm, amma belə bir videonun olduğunu eşitmişəm. O şəxsi qəbirstanlıqdan yalnız hüquq-mühafizə orqanları uzaqlaşdıra bilər. Bizə aidiyyəti yoxdur”.

Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev isə cavabında məsələnin həlli üçün bələdiyyə sədrinin quruma müraciət etməli olduğunu bildirib. 

Son xəbərlər

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Çin Sədri İran Prezidentinin ölümü ilə əlaqədar BAŞSAĞLIĞI VERDİ

Kirants kəndində sərhəd dirəkləri QURAŞDIRILDI

"Filmə bilet almağı xahiş edirlər, sonra isə..." - Kart məlumatlarınız bu yolla OĞURLANIR!

Ərdoğan İrana BAŞSAĞLIĞI VERDİ

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

Aİ İrana başsağlığı verdi

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

Polis mayoru qəfil vəfat etdi - FOTO

Bütün xəbərlər