BAKU Azərbaycan
°C

İngiltərə və Uelsin Ali Məhkəməsi Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudovun övladlarının İspaniyanın beş nəşrinə qarşı qaldırdığı böhtan iddiasını rədd edib.

Gundem.az Bizim.Media-ya istinadən xəbər verir ki, Eldar Mahmudovun övladları Anar və Nərgiz “Prensa Iberica” media qrupuna məxsus nəşrlərdə 2020-ci ilin may ayında dərc olunmuş məqalədən məhkəməyə şikayət veriblər.

Həmin məqalələrdə keçmiş MTN rəhbərinin biznes imperiyası və ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburq və Litvada olan daşınmaz əmlaklarından bəhs edilirdi.

Maraqlıdır ki, İspan mediasına qarşı iddia Britaniya məhkəməsində qaldırılıb, çünki iddiaçıların fikrincə, Pireney adalarında dərc olunan məqalələr onların Böyük Britaniyadakı maraqlarına xələl gətirir.

Mənbə yazır ki, Anar və Nərgiz Mahmudovlarınn şikayəti informasiya azadlığını təhdid edən təhlükəli presedent yarada bilər. Çünki iddiaçılar aid olduqları yurisdiksiyadan kənar medianı məhkəməyə veriblər.
 
Yəni, onlar İspaniya ədalətinə deyil, Britaniya ədalətinə üz tutublar. Və bu, Prensa İberikanı xarici qanunvericilik çərçivəsində və İspaniya məhkəmələrindən qat-qat baha qiymətə müdafiə olunmağa məcbur edib.

Nəticədə, London məhkəməsi Mahmudovların məqalənin onların Böyük Britaniyadakı maraqlarına real ziyan vurduğunu sübut edə bilməyəcəyini nəzərə alaraq iddianı rədd etmək qərarına gəlib. Məhkəmə hesab edib ki, iddiaçılar "ağırlıq mərkəzinin" Birləşmiş Krallıqda olduğunu nümayiş etdirə bilmədilər, çünki onların öz sözləri ilə desək, İspaniyada əhəmiyyətli biznes maraqları var.
 
İspaniyada “El Periodico”dan əlavə “Diario de Mallorca”, “Diario de Córdoba”, “Opinión de la Coruña” və “Regió7” nəşrlərində də Mahmudovların vəziyyəti haqqında məqalə dərc olunub. Onların barəsində də şikayət ərizəsi verilib.

Eyni zamanda İngiltərənin “The Observer” nəşri və “Prensa Iberica” qəzetləri ilə birlikdə Kayman Milli Bankından sızan sənədlərdən istifadə edərək material üzərində araşdırma aparan “Finance Uncovered” və “Organized Crime” and “Corruption Reporting Project” kimi təşkilatların adı da iddiada qeyd olunub.

Qeyd edək ki, şikayətə səbəb olan ötənilki məqalədə, Mahmudovlar ailəsinin dəyəri 100 milyon avronu keçən imperiyasından bəhs edilirdi.

Anar və Nərgiz yalnız İspaniyanın Mayorka şəhərində 33 milyon avrodan çox dəyəri olan aktivlər əldə ediblər. Onların, Mayorkada binalara, şirkətlərə, otellərə, mağazalara və mənzillərə sahib olduqları bildirilir.

Son xəbərlər

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Pakistanda İran Prezidentinin ölümü ilə əlaqədar birgünlük matəm ELAN EDİLDİ

Ceyhun Bayramov: "Hüseyn Əmir Abdullahianın həlak olması xəbəri məni dərindən sarsıtdı"

“Qəzanın səbəblərinin araşdırılmasına kömək etməyə hazırıq” - Zaxarova 

Aİ İrana başsağlığı verdi

Rəisinin və Abdullahiyanın qəzadan əvvəl çəkilmiş SON FOTOSU

Polis mayoru qəfil vəfat etdi - FOTO

Cinayət törədən 94 nəfər SAXLANILDI 

İran bu ölkələrə təşəkkür etdi

Azərbaycan XİN İrana BAŞSAĞLIĞI VERDİ

Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır

Helikopterin qəzaya uğradığı yeri "Akınçı" tapdı 

Bakının iki qəsəbəsində qaz olmayacaq - XƏBƏRDARLIQ!

İlham Əliyev İranın Ali Rəhbərinə BAŞSAĞLIĞI VERDİ

Bütün xəbərlər