BAKU Azərbaycan
°C

Daxili İşlər Nazirliyi Bakı şəhəri, Səbail rayonu ərazisində - “Tarqovıy” adlanan yerdə maskot (“siçan” obrazında) fəaliyyəti göstərən şəxsin saxlanılması və məhkəmə tərəfindən cərimələnməsinə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, maskot kimi fəaliyyət göstərən şəxsin fəaliyyətinin məhdudlaşdırılması qanunla tənzimlənir:

“Küçədə hansısa ödəniş müqabilində lisenziyalaşdırılmayan fəaliyyət qanunsuz hesab edildiyi üçün inzibati xəta—küçə ticarətinin tərkib əlamətlərini yaradır. Səbail rayonu, Nizami küçəsində qanunsuz fəaliyyət göstərən şəxsə bu əməllə bağlı dəfələrlə edilən xəbərdarlıqlara, iradlara məhəl qoymadığı həmçinin müvafiq polis orqanına dəvət edilən zaman polisin qanuni tələbinə qəsdən tabe olmadığı üçün barəsində inzibati tənbeh tədbiri tətbiq olunub”.

Qeyd edək ki, maskot fəaliyyəti göstərən 33 yaşlı şəxs barəsində tərtib edilmiş protokola əsasən o, Səbail Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnərək sərbəst buraxılıb.

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər