BAKU Azərbaycan
°C

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin keçmiş sədri Ramin Bayramlını yeni vəzifəyə təyinat alıb.

Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, Ramin Bayramlı bundan sonra karyerasına Dövlət İmtahan Mərkəzində (DİM) davam etdirəcək. İddiaya görə, sabiq TƏBİB rəhbəri DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin müşaviri təyin edilib.

Qaynarinfo məlumatı dəqiqləşdirmək üçün DİM-in mətbuat xidməti ilə əlaqə saxlayıb. Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumatı nə təsdiq, nə də təkzib edib: "Bu barədə məndə hər hansı məlumat yoxdur".

Ramin Bayramlının atası Baba Bayramlı da oğlunun təyinatından xəbərsiz olduğunu deyib:

"Mənim məlumat yoxdur, sizdən eşidirəm".

Qeyd edək ki, 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində anadan olan Ramin Bayramlı Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsində təhsil alıb. ATU-da müxtəlif vəzifələrdə çalışan Ramin Bayramlı 2 dekabr 2019-cu ildə TƏBİB-in İdarə Heyətinin sədri təyin olunub. 12 sentyabr 2021-ci ildə isə bu vəzifədən ayrılıb.

Son xəbərlər

Boşanma zamanı qadına bu halda evdən pay düşür - Hüquqşünas AÇIQLADI

"İran prezidentinin etdiyi intihardır" - Xulian Röpkedən GÖZLƏNİLMƏZ AÇIQLAMA

Şimali Koreya ABŞ-ni HƏDƏLƏDİ: "Sərt tədbir görəcəyik!"

Qubada kiberdələduzluğa qarşı maarifləndirici lövhələr quruldu

Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli oldu

Van Dammın oğlu ilə bağlı azərbaycanlı xanımından PAYLAŞIM: "Bu gün..." - FOTO

Putin İbrahim Rəisinin həlak olması ilə bağlı BAŞ SAĞLIĞI VERDİ

İran prezidentini ölümə aparan səfər: Səyahətə niyə helikopterlə çıxıb? - MARAQLI SƏBƏB

Sürücülərin NƏZƏRİNƏ: Bu yoldakı problem həll edildi 

Çin Sədri İran Prezidentinin ölümü ilə əlaqədar BAŞSAĞLIĞI VERDİ

Kirants kəndində sərhəd dirəkləri QURAŞDIRILDI

"Filmə bilet almağı xahiş edirlər, sonra isə..." - Kart məlumatlarınız bu yolla OĞURLANIR!

Ərdoğan İrana BAŞSAĞLIĞI VERDİ

Faciələrə səbəb olan helikopter qəzalarının əsas 5 SƏBƏBİ - ARAŞDIRMA

İran prezidentinin helikopterinin qalıqları TAPILDI - FOTOLAR 

İranda milli matəm ELAN EDİLDİ

Siyasi birliyin milli dövlətçiliyimizdə yeri və rolu

İranda idman tədbirləri LƏĞV EDİLDİ

İlham Əliyev Kamerunun dövlət başçısını TƏBRİK ETDİ

“Azərbaycan-Belarus münasibətləri uğurla davam edir” - Deputat 

Bütün xəbərlər