BAKU Azərbaycan
°C

Sosial şəbəkələrdə Gəncə şəhərində tələbələr arasında kütləvi davanın baş verməsini əks etdirən görüntülər yayılıb. Bildirilib ki, Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranmış mübahisə kütləvi davaya çevrilib.

Hadisə ilə bağlı Modern.az-a açıqlama verən Aqrar Universitetin mətbuat xidmətinin rəhbəri Elcan Məmmədov sözügedən görüntülərin ötən ay lentə alındığını deyib.

"Hadisə noyabrın 18-də baş verib. Gəncə Olimpiya İdman Kompleksində tələbələr arasında keçirilmiş futzal oyununda kiçik anlaşılmazlıq olub. Videoya diqqətlə baxsaq, görərik ki, ciddi dava yoxdur. Tələbələrdən biri digərini itələyib, qıcıq doğuran hadisədən dolayı anlaşılmazlıq olub”, - universitet nümayəndəsi vurğulayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbləri arasında futzal yarışı keçirilib. Bu zaman oyunçular arasında mübahisə və sıxlıq yaranıb:

"Sözügedən video ilə bağlı polisə hər hansı məlumat daxil olmayıb, lakin buna baxmayaraq, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları videodakı tələblər ilə söhbət aparıb və araşdırma zamanı məlum olub hər hansı bir xəsarət olmayıb. Tələbələrlə profilaktiki söhbətlər aparılıb, araşdırmalar davam etdirilir".

Qeyd edilib ki, aparılan araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Son xəbərlər

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Millimizə 26 futbolçu dəvət olundu

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı - "Blumberq"

Zelenski onu yeni vəzifəyə təyin etdi

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Kiyevdə 2 xəstəxana təxliyə edilir

Bütün xəbərlər