BAKU Azərbaycan
°C

Ötən gün taksi xidmətindən istifadə edən xanım sərnişinlərdən biri əxlaqsızlığa məruz qalıb.

Baku.ws xəbər verir ki, məsələnin ictimailəşməsindən sonra 1972-ci il təvəllüdlü taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Onun barəsində əmələ görə inzibati icra işi aparılıb. Hazırda araşdırma aparılır.

Qeyd edək ki, sosial mediada geniş müzakirə obyektinə çevrilən hadisə ilə bağlı xanım sərnişini qınayanlar da olub. Onun taksi sürücüsü ilə mülayim danışması birmənalı qarşılanmayıb.

Taksi sürücüsü tərəfindən əxlaqsızlığa məruz qalan xanım onu qınayanlara cavab verib:

“Siz mənim yerimdə olsaydınız, nə edərdiniz? O maşında tək idim və axşam vaxtı maşında qapılar kilidli idi. Mən onunla aqressiv danışsaydım, maşını başqa yerə sürüb başıma oyun açardı.

Nə qədər düşüncəsiz, zəif insanlarsınız ki, buna nə ad qoyursunuz?! Rəvac verən insan heç vaxt video çəkiliş edib ictimailəşdirməz.

Bir-birimizə düşmən olmayaq. Unutmayın ki, bu hadisə bütün insanların, hətta sizin xanımlarınızın da başına gələ bilər”.

Taksidə baş verən əxlaqsız durumla bağlı taksi şirkəti də reaksiya verib: “Yaranmış hadisədən xəbərdarıq və müştəri ilə bu barədə danışıqlar aparılıb. Sürücünün bu cür hərəkəti qəbuledilməzdir və bu barədə lazım olan tədbirlər görülüb”.

 

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər