BAKU Azərbaycan
°C

Sosial şəbəkədə polis orqanlarına aid saxta hesab yaradılıb.

Məsələ ilə bağlı sosial şəbəkələrdə paylaşım edilir. İnsanlar şikayət yazdıqları səhifənin Baş Dövlət Yol Polisi İdarəsinə aid olduğunu zənn edərək müraciət ünvanlayırlar. Lakin müraciətlərin aidiyyəti üzrə həll olunmadığını görən bir neçə vətəndaş məsələ ilə bağlı paylaşım edərək saxtakarlığı ortaya çıxarıb. 

Mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyevə sorğu ünvanladıq. 

Polis mayoru Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, mövcud vəziyyətdən xəbərdardırlar. R.Tağıyev vətəndaşları sözügedən saxta səhifəyə şəxsi məlumatlarını göndərməməyə çağırıb:

“Sənədlərinizi və şəxsi məlumatlarınızı rəsmi olmayan saxta səhifəyə göndərməyin. Qeyd edirəm ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) “Facebook” platformasında rəsmi səhifəsi yoxdur. Belə saxta səhifələrə müraciət ünvanlamayın. Onlar tərəfindən sizə yazılan cavablar rəsmi hesab edilmir və bu məlumatlara etibar etməyin. Məlumatlarınızın kimlərinsə əlinə keçməsinə icazə verməyin. Müraciətlərinizi rəsmi şəxslərə və səhifələrə ünvanlayın. Sözügedən faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsində şəxs və şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək”.

 

Son xəbərlər

Hamiləlik zamanı stressə məruz qalmağın FƏSADLARI - Məlum olub ki...

Polşa ukraynalıların qəbulunu DAYANDIRDI: "Məcbur deyilik!"

ABŞ Nigeriyadan qoşunlarını çıxarmağa başladı

İş yerlərinin 80 faizi Bakıda açılıb – RƏQƏMLƏR

Cavanşir körpüsü sökülür, nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILDI

Günəşdə partlayışlar bu tarixdə maksimuma ÇATACAQ

Azərbaycanda olan işsizlərin sayı AÇIQLANDI

Siyasi liderlərin həlak olduğu QƏZALAR - XRONOLOGİYA

Putin müdafiə nazirinə yeni müavin təyin etdi

İtaliya Azərbaycana yeni səfir TƏYİN ETDİ

Ərdoğan Nazirlər Kabinetini topladı

Mincivan qəsəbəsinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI

51 yaşlı qadını döyüb telefonunu əlindən aldı - FOTO 

“iPhone”un ən bahalı və ən nazik modeli TƏQDİM EDİLƏCƏK

Qayınanası ilə evləndi və toy xərclərini qayınatası ödədi 

“Yaralı” qanadlar: İranda son illərin aviasiya qəzaları – DOSYE

BMT iclasa sükutla başladı -  Rusiyanın xahişi ilə...

İranın xarici işlər nazirinin CƏSƏDİ TAPILDI - FOTO 

Talıb Taledən Zeynəblə bağlı AÇIQLAMA: "İlk gündən onu..."

Qarabağda yeni idarə yaradıldı

Bütün xəbərlər