BAKU Azərbaycan
°C

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Milli Qəhrəmanın həyat yoldaşına verilən təqaüdün dayandırılmasına aydınlıq gətirib.

Nazirlikdən verilən məlumata görə, bütün şəhid ailələri kimi, Azərbaycanın Milli Qəhrəmanı şəhid Səmədov Pərviz Abduləhəd oğlunun da ailəsinə bütün istiqamətlərdə dəstəyin göstərilməsi diqqətdə saxlanılır.

Qeyd olunub ki, şəhid Milli Qəhrəmanın həyat yoldaşı kimi Şahvələdova Mətanət Ziyəddin qızına, eləcə də onların tək övladına (23 yaşadək) uzun illər Prezidentin aylıq təqaüdü ödənilib:

"Sosial ödənişlərin təyinatında şəffaflığın təminatı vəziyyətinin yoxlanılması üçün keçirilən monitorinq zamanı M.Şahvələdovanın şəhidin həyat yoldaşı olduğunu təsdiq edən nigah haqqında şəhadətnamə olmadığı müəyyən edildiyindən qanunvericiliyin tələbi ilə həmin təqaüdün ödənişi saxlanılıb. Lakin Vətənimizin ərazi bütövlüyü uğrunda igidlik göstərmiş Milli Qəhrəmanımızın ailəsinin üzləşdiyi bu vəziyyətin aradan qaldırılması, ailənin xeyrinə hüquqi addımların atılması ilə bağlı işlərə başlanılıb.

Bu səbəbdən, habelə ailənin uzun illər müvafiq sosial ödənişlə təmin edildiyi nəzərə alınaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə həmin təqaüdün bərpası və ödənişinin davam etdirilməsi məsələsinin məhkəmə qaydasında həll edilməsi nəzərdə tutulub. Bunun üçün Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialının hüquqşünasları tərəfindən müvafiq işlərə başlanıb. Filialın əməkdaşları ailəni evində ziyarət edərək, məhkəməyə müraciət edilməsi üçün müvafiq sənədləşdirmə, habelə nigahı təsdiq edən məlumatları toplayıblar. Məsələnin müsbət həlli üçün işlər davam edir".

Son xəbərlər

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

DİM sədri imtahanlarla bağlı yeniliyi AÇIQLADI: "Bu sistemi regionlarda da..."

Bütün xəbərlər