BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, ARB-də Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram” verilişində gəlin qayınanasını öldürdüyünü etiraf edib. Bir neçə dəqiqə sonra isə hadisəni özünün yox, Seymur adlı şəxsin törətdiyini deyib. Baş verən bu hadisə iki gündür ölkə gündəmində müzakirə mövzusudur.

Hadisə Ağcabədi rayon sakini Əfsanə Məmmədovanın qayınanası Faxrəndə İbrahimova 1 il 9 ay əvvəl vəfat edib. Onun öz evində pilləkəndən yıxılaraq öldüyü məlum idi. Lakin iki uşaq anası olan Əfsanə mərhumun yıxılmadığını, onu pilləkənlərdən itələyərək yıxdığını, hadisənin bilərəkdən törətmədiyini deyib.

Mövzunun "Səni axtarıram”da müzakirəyə çıxmasının səbəbi mərhumun oğlu Elşadın anasının öz əcəli ilə vəfat etməsinə şübhəsi olub. Çünki onun anasının ölümü ilə bağlı cinayət işi açılması prokurorluq tərəfindən rədd edilmişdi. "Səni axtarıram”a müraciət edən Elşad anasının ölümündə arvadı Əfsanənin əlinin olduğunu deyib. Daha əvvəlki verilişlərdə isə Əfsanənin əri Elşadın əmisi oğlu Seymurla münasibətlərinin olması iddiaları ortaya atılıb.

Əfsanə başda qətllə bağlı deyilənləri inkar edib. Hətta mərhumun ölümü ilə bağlı araşdırma aparılan zaman polisdə və prokurorluqda dindirilib.

Lakin sonradan adının Seymurla hallanmasına görə həqiqəti etiraf edib. O bildirib ki, uşaqlarının atası Elşaddır və Seymurla heç zaman münasibəti olmayıb. Əfsanə ilk etirafını belə əsaslandırıb ki, yalan danışan adam deyil və bu günə qədər dedikləri həqiqətdir. Yalnız qayınanasının ölümü ilə bağlı dedikləri yalandır. Amma bir neçə dəqiqə sonra Əfsanə öz dediklərini təkzib edərək bildirib ki, qayınanasını itələyən Seymur olub. Sadəcə, hadisəni tək üzərinə götürmək, cəzanı özü çəkmək istəyir.

 

 

Burada is belə bir sual yaranır ki, Əfsanə Seymuru niyə qorumağa çalışır? Nə üçün Seymura görə ömrünün bir hissəsini həbsxanada keçirmək istəyir?

Əfsanənin əri əmisi oğlu Seymurdan başdan şübhələnirmiş. Efirdə də deyib ki, Əfsanə tək olduğu halda  anasına heç nə edə bilməzdi.

Efirdə baş verən hadisəni etiraf edən Əfsanə başda səmimi görünsə də sonradan dedikləri ilə özünü də çətin vəziyyətə salıb. Qadın əlavə edib ki, qayınanasını Seymur itələyib. Bunu görüb, amma susub. 

Onun etirafları ilə cinayəti bilən və ona kömək edən daha bir şəxsin kimliyi məlum olub. Əfsanə deyib ki, Nazim adı qohumu da qayınanasının ölümündən xəbərdar olub və hadisənin üstünü gizlətməkdə ona kömək edib.

Musavat.com-un əldə etdiyi məlumata görə, artıq hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Əfsanə canlı efirdə polis əməkdaşlarına təhvil verildikdən sonra Seymur adlı şəxsin də istintaqa cəlb edilməsi istiqamətində işlər görülüb. Onun da saxlanıldığı bildirilir. Həmçinin Əfsanənin adını çəkdiyi Nazim adlı qohumu da saxlanılıb.

Məlumatlı mənbə bildirir ki, cinayət işi çərçivəsində mərhumun meyitinin ekshumasiya olunaraq ekspertizaya göndəriləcəyi bildirilir.

Tanınmış vəkil Anar Məmişov bildirir ki, əvvəlcə fakta görə cinayət işi açılır. Hüquqi varisin razılığından sonra müstəntiq meyitin qəbirdən çıxarılması üçün məhkəmə qarşısında təqdimat verir. Böyük ehtimalla mərhumun hüquqi varisi olan oğlu buna razılq verəcək. Çünki o, anasının öldürüldüyü barədə dəfələrlə hüquq-mühafizə orqanlarına müraciət edib, sonra da televiziyaya çıxıb.

Vəkil qeyd edib ki, meyit yaxınlarının iştirakı ilə çıxarıldıqdan sonra müayinə olunur, xəsarətlərə qiymət verilir.

"Əfsanənin dediklərinə inansaq, burada ehtiyatsızlıqdan adam öldürmə var. Yəni, şəxsin niyyəti qəsdən adamı həyatdan məhrumetmə olmayıb. Buna görə də Cinayət Məcəlləsinin 124-cü, yəni ehtiyatsızlıqdan adam öldürmə maddəsinə tövsif edilə bilər.

Belə olan halda hadisəni bilib məlumat verməyən şəxslər məsuliyyətə cəlb edilməyəcək. Çünki 124-cü maddə xüsusi ilə ağır cinayət sayılmır.

Əgər Əfsanənin və ya digər şəxsin əməli qəsdən adam öldürmə maddəsinə tövsif edilsə, hadisəni bilən, gizlədən şəxs və ya şəxslər 1500 manat cərimə, 2 ilə qədər islah işləri və ya 2 ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilir”- deyə vəkil əlavə edib.

Anar Məmişov onu da əlavə edib ki, xüsusi ilə ağır cinayəti gizlətmək üçün təqsirləndirilən şəxsə kömək edən şəxs daha ağır, yəni 5 ilə qədər azadlıqdan məhrum etmə cəzasına məhkum edilir.

Bu gün Baş Prokurlruğun yaydığı məlumatda isə qeyd edilir ki, mərhumun ölümü zamanı ilkin araşdırma aparılanda Əfsanə Cəfərova verdiyi çoxsaylı izahatlarında hadisəyə hər hansı formada aidiyyətinin olmadığını, Faxrəndə İbrahimovanın ölümünün təbii səbəblərdən baş verdiyini göstərib. Buna görə də 3 mart 2020-ci il tarixdə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib.

Mərhumun oğlu Elşad Cəfərovun 18 noyabr 2021-ci il tarixli ərizəsində qeyd olunan xüsusatlarla əlaqədar cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar 22 noyabr 2021-ci il tarixdə ləğv edilməklə Əfsanə Cəfərova və onunla yaxın münasibətlərdə olan digərlərinin hadisədə mümkün iştiraklarının yoxlanılması məqsədilə zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsi planlaşdırılıb. Yəni, prokurorluq bildirir ki, Əfsaənin etiraflarından əvvəl araşdırma başlayıbmış.

Prokurorluq qeyd edir ki, fakt üzrə başlanmış cinayət işinin istintaqı Baş prokuror tərəfindən xüsusi nəzarətə götürülməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Bununla belə Azərbaycan Respublikası CPM-in 126.6-cı maddəsinə əsasən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

Məlumatda qeyd edilir ki, hazırda Əfsanə Cəfərovanın cinayət hadisəsi ilə əlaqədar ziddiyyətli ifadələr verməsi nəzərə alınaraq iş üzrə bütün halların tam, hərtərəfli araşdırılması məqsədilə kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə məlumatların verilməsi təmin olunacaqdır.

musavat.com

Son xəbərlər

Azərbaycan XİN İrana yardım təklif etdi

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Bütün xəbərlər