BAKU Azərbaycan
°C

"İnsanlarda müəyyən qədər arxayınlıq yaranıb. Bu səbəbdən buster doza ilə peyvəndlənənlərin sayında azalma müşahidə edilir".

Gundem.az xəbər verir ki, bunu Report.az-a açıqlamasında infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

O vurğulayıb ki, son günlər yoluxma sayının kəskin artması buster doza vurdurmağın vacibliyinə diqqət çəkir:

"Bunun üçün də maarifləndirmə işləri aparılmalıdır. Omikrona yoluxma sayında da getdikcə artım çoxalır. İndi hamı xəstədir. Ölkəmizdə olan peyvəndlərin hamısı koronavirusun bütün ştamlarına qarşı effektivdir".

Mərdan Əliyev qeyd edib ki, xüsusilə risk qrupuna daxil onların buster doza ilə peyvəndlənməsi olduqca vacibdir:

 

"Çünki onlar virusa yoluxsa, xəstəliyi ağır keçirə bilərlər. Həmçinin evdə yaşlı, xroniki xəstə, azyaşlılar olan şəxslər də xüsusilə diqqətli olmalıdır.

Ailə üzvlərinin yoluxmasını istəmirlərsə, peyvəndlənməlidirlər. Bilirik ki, vaksin vurdurandan sonra təxminən bir ay ərzində effektivliyini göstərməyə başlayır.

Hadisələrin gedişatı göstərir ki, bir ay ərzində Azərbaycanda yoluxma sayı pik həddə çatacaq, sonra da kəskin düşəcək".

 

"Buster doza vurulmayanda daha əvvəl vurulan iki dozanın effekti azalır. Amma buster doza adından da göründüyü kimi, gücləndirici effekt verir. Yəni effektivlik 10 dəfəyə qədər artır və virusa qarşı antitellərdə kəskin artım olur", - həkim deyib.

 

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa sutkalıq yoluxma 7 mini ötüb. 26 nəfər isə vəfat edib.

Son xəbərlər

Rəisinin olduğu helikopterin bütün sərnişinləri həlak olub

Cəbrayılın Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

2040-cı ilədək Sarıcallı kəndində 1 185 fərdi ev İNŞA EDİLƏCƏK

Cəbrayılın Maşanlı kəndində 2 360 sakin üçün 590 fərdi ev inşa ediləcək

Məşhur içki şirkətinin İsmayıllıda zavodu tikiləcək - FOTO

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - DOSYE

Prezident Mincivan qəsəbəsinin təməlini qoydu - YENİLƏNİB

Azərbaycanlı biznesmen QƏFİL ÖLDÜ - FOTO

Prezident “Zəngilan” və “Şayıflı” SES-in açılışını etdi - YENİLƏNDİ

Prezident Maşanlı kəndinin təməlini qoydu - YENİLƏNDİ + FOTO

Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini QOYDU - FOTO

İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini QOYDU - FOTO

Prezident Cəbrayılın Karxulu kəndinin təməlini QOYDU - FOTO

Hakan Fidan Pakistana GEDƏCƏK

Prezident Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini QOYDU

Prezidentlə xanımı Zəngilanda “Ağalı” hotelinin açılışında - YENİLƏNƏCƏK

İlham Əliyev Cəbrayıl rayonunda 4 kəndin TƏMƏLİNİ QOYDU

Prezident Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini QOYDU

Rusiya bu ölkəyə şəkər satışını ARTIRACAQ

Gümüş sürətlə bahalaşır - SON QİYMƏT

Bütün xəbərlər