BAKU Azərbaycan
°C

Məlum olduğu kimi, bir neçə gündür sosial şəbəkələrdə Azərbaycanda uşaqlara Mamed və Məmməd adlarının qoyulmasının qadağan olunması ilə bağlı məlumatlar yayılıb. Nazirlər Kabineti yanında Terminologiya Komissiyasına istinadən yayılan xəbərdə həmin adların vahid forması kimi Məhəmməd adının müəyyən olunduğu bildirilir. 

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə və bəzi mətbu orqanlarında trend olan xəbər əslində 8 il əvvəl yerli mediada yayımlanıb. Yəni həmin adların vahid yazılış forması illər əvvəl müəyyənləşib. 

Məsələ ilə əlaqədar saytımıza açıqlama verən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bildirib ki, Komissiya tərəfindən həmin adların vahid forması kimi Məhəmməd adı müəyyənləşib və qərarda hər hansı dəyişiklik yoxdur. 

S. Sadıqova əlavə edib ki, Komissiyanın sözügedən adlara qadağa qoymaq kimi səlahiyyəti yoxdur: “Biz terminlərin, adların yazılış formalarına baxırıq, Terminologiya Komissiyasının ad verməyə, hansısa adı qadağan etməyə ixtiyarı yoxdur. Biz hansısa adı tövsiyə edirik. O da Komissiyanın üzvləri tərəfindən müzakirə olunur və ədəbi dilə uyğun yazılış qaydası müəyyənləşir. Çünki Muhammed, Mamed, Məmməd, Məhəmməd hamsı eyni kökdəndir və onlarla bağlı vahid yazılış qaydası formalaşmalıdır. Bu ad 2013-cü ilin orfoqrafiya lüğətində Məhəmməd formasında yazılıb. İndiyə qədər də qayda dəyişməyib”. 

S. Sadıqova əlavə edib ki, bəzən Məhəmməd sözünün ərəb formasını - Muhammed, Gülüstan sözünü Qolistan və ya Saməd adını Samed kimi yazmaq istəyirlər. Bu halda qeydiyyat idarələri tərəfindən Komissiyaya məktubla müraciət olunur: "Ədəbi dil normalarına uyğun olmayanda, yazılış forması onları şübhələndirdikdə, qeyri-adi yazılış forması olduqda bizə müraciət olunur və biz də ədəbi dil normasını müəyyən edirik. Komissiyaya qeydiyyat idarəsindən hansı adla və yazılışı ilə bağlı müraciət olunursa, biz onu araşdırıb cavablandırırıq ki, ədəbi dil normalarına uyğun olaraq ad bu cür yazılmalıdır. Komissiyanın məqsədi adların düzgün yazılış formasına nəzarət etməkdir”.

Son xəbərlər

İlham Əliyev İraqa səfər edəcək

Qubad İbadoğlunun yaşayış yerini dəyişməsinə icazə verildi

Addison xəstəliyi nədir və necə müalicə olunur?

Bəy gəlini "moyka"da "yudu" - VİDEO

Fransa XİN başçısı Benyamin Netanyahu ilə GÖRÜŞDÜ 

Əhaliyə hava ilə bağlı MÜHÜM XƏBƏRDARLIQ!

Məşhur yazıçı VƏFAT ETDİ - FOTO

İbtidai siniflərə yaz tətilində ev tapşırığı verilməlidirmi? - Təhsil ekspertindən AÇIQLAMA

COP29-un rəsmi saytı istifadəyə VERİLDİ

Milli Şuranın mitinqlə bağlı müraciətinə CAVAB VERİLDİ - RƏSMİ

Qohumu Ağstafa icra başçısına qarşı məhkəmədə İFADƏ VERDİ

İlham Əliyev Aleksandr Zuyevi QƏBUL ETDİ

Dövlət ötən il 3 mindən çox insana ev verib – Daha çox bu şəxslər mənzil aldı

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanıldı

Bakının bu qəsəbələrində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Elektron ticarət nəhəngi bir gündə 1,6 milyard dollar qazanıb – RƏQƏMLƏR

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini niyə dəyişmədi? - ŞƏRH

Pentaqon ÇIXILMAZ VƏZİYYƏTDƏ: Kiyevə yardımla bağlı problemlər var 

Əli Əsədov Muharrem Kılıçla GÖRÜŞDÜ

Bütün xəbərlər