BAKU Azərbaycan
°C

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi biraylıq təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin bu dəfə təxirə salınmasına səbəb sədrlik edən hakim Faiq Qəniyevin məzuniyyətə çıxmasıdır.

Ümumilikdə bir-iki iclası nəzərə almasaq, 6 aya yaxındır ki, bu iş üzrə məhkəmə iclasları keçirilmir.

Ötən ilin dekabr ayında şahidlərin dindirilməsi yekunlaşıb, eks-nazir sərbəst ifadə verib.

Prosedura görə, bundan sonrakı iclaslarda sənədlərin tədqiqi mərhələsi keçirilməli, məhkəmə istintaqı tamamlanmalıdır.

Sədrlik edən hakim F.Qəniyevin sözlərinə görə, məhkəmə iclaslarının təxirə salınmasına səbəb israfetmə epizodu üzrə ayrılmış cinayət işində şirkətlər tərəfindən vurulmuş ziyanın ödənilməsi istiqəmətində işlərin aparılmasıdır.

Cinayət işi üzrə dəymiş ziyan 27 milyon manat hesablanıb. Həmin məbləğin 20 milyonu mənimsəmə və rüşvət alma, 7 milyonu isə israfetmə epizodu ilə bağlıdır. Dəymiş ziyanın 20 milyon manatı ibtidai istintaqın sonunda, 5 milyonu isə məhkəmə istintaqı dövründə ödənilib.

S.Müslümovun nazir olduğu müddətdə müxtəlif şirkətlər tərəfindən şəhid ailələri və qazilər üçün evlərin tikilməsi zamanı qanunsuzluğa yol verilərək dövlət büdcəsindən ayrılmış 7 milyon manat israf edilib. Bir müddət əvvəl S.Müslümov könüllü olaraq həmin ziyanın da  4.5 milyon manatını ödəyib. Şirkət rəhbərləri isə hələ ki yerə qalan məbləğin 600 min manatdan bir az çox təşkil edən hissəsini ödəyiblər. 

Əldə etdiyimiz məlumata görə, növbəti ay keçiriləcək iclasda ödəmənin mahiyyəti barədə yekun məlumat veriləcək. Həmin gün məhkəmə istintaqı tamamlanacaq, prokuror ittiham nitqi ilə çıxış edəcək.

Proses 11 avqusta təyin edilib.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan keçmiş nazir sonradan ev dustaqlığına buraxılıb.

Son xəbərlər

Milli Şuranın mitinqlə bağlı müraciətinə CAVAB VERİLDİ - RƏSMİ

Qohumu Ağstafa icra başçısına qarşı məhkəmədə İFADƏ VERDİ

İlham Əliyev Aleksandr Zuyevi QƏBUL ETDİ

Dövlət ötən il 3 mindən çox insana ev verib – Daha çox bu şəxslər mənzil aldı

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR

“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanıldı

Bakının bu qəsəbələrində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO

Elektron ticarət nəhəngi bir gündə 1,6 milyard dollar qazanıb – RƏQƏMLƏR

Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini niyə dəyişmədi? - ŞƏRH

Pentaqon ÇIXILMAZ VƏZİYYƏTDƏ: Kiyevə yardımla bağlı problemlər var 

Əli Əsədov Muharrem Kılıçla GÖRÜŞDÜ

Oğurluq edən şəxs SAXLANILDI

Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər SAXLANILDI - FOTO

Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın

Nigar Rüstəmliyə yüksək VƏZİFƏ VERİLDİ - FOTO

İlham Əliyev İsmayıl Berdiyevi QƏBUL ETDİ - FOTO

Rusiyalı milyarderlər sərvətlərini daha da ARTIRDILAR - RƏQƏMLƏR

Azərbaycan Özbəkistanla bir sıra sahələrdə əməkdaşlığı GENİŞLƏNDİRƏCƏK

Tokayev Bakı və İrəvanın Almatıda XİN rəhbərləri səviyyəsində görüşə razılıq vermələrini ALQIŞLADI

Sabahın hava proqnozu AÇIQLANDI

Bütün xəbərlər