BAKU Azərbaycan
°C

Milli Məclisin sabiq deputatı, mərhum Qənirə Paşayevanın əmisi Qəzənfər Paşayev və qardaşı Hüseyn Paşayev Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlayıb.

Gundem.az iqtisadiyyat.az-a istinadən təqdim edir:

"Möhtǝrəm cənab Prezident!

Əziz Mehriban xanım!

Ağır günlərimizdə göstərdiyiniz diqqət va qayğını ailəmiz heç vaxt unutmayacaq. Qənirə Paşayeva Ulu Öndərin və Sizin amalı xalqa və dövlətə sədaqətlə, fədakarlıqla xidmət etmək olan məktəbinizi keçmişdi. O, həyatını bütövlükdə bu müqəddəs işə həsr etmişdi.

Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Əzizimiz Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzaladığınız, mərhumun II Fəxri xiyabanda dəfn olunması barədə göstərişiniz, adınızdan əklil göndərməyiniz ailəmizə heç nə ilə əvəzolunmaz təsəlli oldu.

Tapşırığınıza əsasən vida və yas mərasimlərinin Ulu Öndərimizin adını daşıyan "Heydər məscidi"ndə yüksək səviyyədə təşkil olunduğuna görə Sizə minnətdarıq. Zaman keçdikcə ən ağır yaralar belə sağalır, unudulur. Lakin qəlb yarasına heç bir həkim, heç bir loğman əlac tapa bilmir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan! Siz misilsiz dövlətçilik təfəkkürünüz və uzaqgörən siyasətinizlə 200 ildən artıq torpaqlarımızda kök salan yad ünsürləri birdəfəlik kökündən kəsib atmaqla Azərbaycan xalqının qəlbində qövr eyləyən yaranı sağaltdınız. Xalqımıza Azərbaycan tarixinə qızıl hərflərlə yazılan fərəhli günlər, gələcək nəsillərə dinc həyat bəxş etdiniz.

Qənirə Paşayevanın ən böyük arzusu Qarabağı tam azad görmək idi. Nə edəsən ki, sevinc və kədər qoşa yaranıb. Ailəmizə hər ikisi eyni vaxtda qismət oldu.

Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım!

Əzizimiz Qənirə Paşayevanın vəfatı ilə əlaqədar göstərdiyiniz diqqət və qayğıya görə ailəmiz adından Sizə sonsuz minnətdarlığımızı bildiririk".

Son xəbərlər

Uşaqları günvurmadan necə qorumaq olar?

Kamran Əliyevdən yeni təyinatlar

Paşinyan təsdiqlədi: Ərdoğanla görüşə gedirəm!

İlham Əliyev Türkiyəyə gedir

Blok imtahanında 100 baldan aşağı nəticə əldə edən abituriyentləri nə gözləyir? -AÇIQLAMA

Prezident konfrans iştirakçılarına müraciət ünvanladı

Bu yollarda təmir işləri aparılır - Sürücülərin nəzərinə!

Bu apteklər Tarif Şurasının qərarlarına əməl etmirmiş

Bu ərazilərdə evlər söküləcək

Düyü bahalaşacaq – Bu tarixdən

TƏBİB bu xəstəxanada yoxlama aparır

İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!"

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - Tarixlər açıqlandı

Pakistan Prezidentindən İlham Əliyevə MƏKTUB

"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

İran hava məkanı bu tarixə qədər bağlı qalacaq

Prezident qəbul keçirdi - FOTOLAR

Rusiya Sumda 2 kəndi ələ keçirdi

"29 soydaşımız Azərbaycan üzərindən İranı tərk edib" - İtaliya XİN

Bütün xəbərlər