BAKU Azərbaycan
°C

Prezident İlham Əliyevin yeni imzaladığı “Aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında” Sərəncam bu kateqoroyadan olan ailələrin sosial müdafiəsinə göstərilən xüsusi qayğının daha bir təzahürüdür.

Gündəm.az xəbər verir ki, u barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Sərəncama əsasən, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində ünvanlı sosial yardım üçün nəzərdə tutulmuş vəsaitdən 4,8 milyon manat ayrılıb.

Sərəncam ünvanlı sosial yardım alan, 200 mindən çox ailə üzvü olan 47 min ailəni əhatə edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımı həmin ailələrin hesablarına köçürəcək.

Qeyd edək ki, ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edir və bu məbləğ son 4 ildə 88% artaraq 280 manatı ötüb.

 

Son xəbərlər

Havalar isindikcə, suya diqqət edin – MütəxəssislərdənXƏBƏRDARLIQ

Zəngəzur dəhlizini unudun... - Simonyan

Səyahətdən öncə diqqət edilməli 7 məqam

Ronaldo Trampa formasını hədiyyə etdi

“Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq

Bəzi restoranlar yüksək mahnı səsinə görə cərimələndi

4 ayda bu qədər üçəm doğulub

Evlənənlər çoxalıb, boşananlar azalıb

Bu məhsullar BAHALAŞA BİLƏR – SİYAHI

"Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik edildi

Jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyənlərə müraciət

Ağaxan Abdullayevin oğlu sədr seçildi - FOTO

Ərdoğan Paşinyanı Ankaraya çağırdı: Bu tarixdə...

Uzunmüddətli müharibəyə hazırıq - İran

Daha bir tiktoker həbsdən buraxıldı

65 minə yaxın müəllim sertifikatlaşdırma prosesinə cəlb olundu

Həmin müəllimlərin maaşında artım nəzərdə tutulur

Bu şənbə rəsmi iş günüdür

Rəsmi Bakıdan Təl-Əvivə ÇAĞIRIŞ - İranın azərbaycanlılar yaşadığı bölgələrinə zərbə endirməyin!

Azərbaycan əhalisinin sayı açıqlandı

Bütün xəbərlər