BAKU Azərbaycan
°C

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətməkdə təqsirləndirilən Dünyamin Xəlilov və Azad Cavadovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda təqsirləndirlən şəxslər ifadə verib.

İfadə verən Azad Cavadov onun sadəcə, 55 min manat kreditdən xəbəri olduğunu bildirib:

"2010-cu ildə işimdən ayrılmışam. İşlədiyim yer Beynəlxalq Bankın tərkibində idi. Mən çıxandan sonra işlədiyim şirkət bankdan ayrıldı. Bir gün bankdan zəng etdilər ki, müəyyən layihələrin həyata keçirilməsi məqsədilə kredit götürüləcək. Mən adam tapmalı idim. Cahangir Hacıyev zəng etdi ki, narahat olma, krediti özümüz ödəyəciyik. Rauf Şahbazovla birgə getdik banka, kredit üçün blank doldurub çıxdıq. Kredit üçün ayrılan pul bankın kassasında qaldı. 2015-ci ildə xəbərim oldu ki, kredit ödənməyib. İş üzrə zərərçəkmiş şəxslərdən sadəcə, Rauf Şahbazovu tanıyıram".

Daha sonra sabiq deputat Dünyamin Xəlilov ifadəsində bildirib ki, bankda ayrı-ayrı adamların adına kreditlər rəsmiləşdirilib:

"Bankda ayrı-ayrı fiziki şəxslərin adına müəyyən layihələrin icrası ilə bağlı kreditlər rəsmiləşdirilirdi. 2007-2012-ci illərdə Kamal Abbasov və başqa adamlar kredit götürmüşdü. Kamal Abbasov Cahangir Hacıyevin dostu idi. 2-3 layihənin rəhbəri idi. Sonradan mənə dedi ki, kreditləri ödəyə bilmirəm. Cahangirlə danışdım dedi ki, həll edəcəyik. Ümumilikdə 3 fiziki şəxsin adına kredit götürülməsi üçün Cahangir Hacıyev zəng edib xahiş etdi. Amma pul bankın kassasında qalıb. Hansısa layihələrin icrası üçün istifadə edildiyini dedilər".

Daha sonra məhkəmə bu işdə şahid qismində qeyd olunan "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin prosesdə dindirilməsinə qərar verib.

Proses noyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, iş üzrə toplanmış sübutlar əsasında Dünyamin Xəlilov və Azad Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı zamanı Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri "General Construction" və "Bakı Fındıq Emalı Müəssisəsi" məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan öncə Dünyamin Xəlilova qarşı iki məhkəmə hökmü qüvvədədir.

Milli Məclisin sabiq deputatı Dünyamin Xəlilov 2017-ci ilin iyulunda Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilərək 13 il həbsə məhkum edilib.

Daha sonra 2019-cu ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, Dünyamin Xəlilov və digərlərinə hökm oxunub.

Bu iş üzrə Dünyamin Xəlilova 14 il 6 ay hökm elan olunub.

Son xəbərlər

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verilib - YENİLƏNİB-8

"Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir" - Vüqar Əbdülov

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

“Bakı Metropoliteni” zəlzələ ilə bağlı AÇIQLAMA YAYDI 

BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"

Bakıda güclü zəlzələ oldu

Qurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO

Məşhur rəssam faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

Qəzzada HƏMAS liderinin evi mühasirəyə alındı

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Qidanı xərçəngə çevirən əsas səhv açıqlandı

Yeni il turları: qiymətlər neçəyədir? - SİYAHI

Bütün xəbərlər