BAKU Azərbaycan
°C

Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair tələblər müəyyənləşir.

"Qafqazinfo" xəbər verir ki, bu barədə yeni hazırlanan “Aviasiya haqqında” qanunda əks olunub.

Belə ki, Azərbaycan Respublikasının ərazisinə və ərazisindən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasını həyata keçirmək istəyən istismarçılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazə alırlar. 

-Bu Qanunun 47.1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün xarici dövlətdə müvafiq icazə almış xarici dövlətlərin istismarçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) həmin icazənin tanınması üçün müraciət edirlər. 

-İstismarçı sertifikatına malik istismarçılar həmin sertifikatda təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair qeyd olduqda bu fəaliyyətlə məşğul ola bilərlər.

-Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydalarını müəyyən edir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş təhlükəli yüklər də nəzərə alınmaqla, beynəlxalq texniki tələblərə (şərtlərə) uyğun olaraq, təhlükəli yüklərin siyahısı  müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və mütəmadi olaraq yenilənir.

Bu Qanunun 47.4-cü maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq təsnifləşdirilməyən, sənədləşdirilməyən, sertifikatlaşdırılmayan, qablaşdırılmayan, markalanma nişanı olmayan və işarələnməyən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına yol verilmir.

-Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir. Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilən hərbi avadanlığın (ləvazimatların) siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 

-Təhlükəli yüklərin hava yolu ilə daşınmasında iştirak edən personal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməlidir.

-“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci hissəsinin 2.2-ci bəndində nəzərdə tutulan ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına yol verilmir. 

-Hava gəmisində daşınmasına icazə verilən bir-birinə təsir edə biləcək təhlükəli yüklərin daşındığı yük vahidlərinin yaxın məsafədə və ya sızma nəticəsində qarşılıqlı təsirə səbəb ola biləcək vəziyyətdə yerləşdirilməsinə yol verilmir. 

-Hava gəmisinin sərnişin salonunda, yük və baqaj bölmələrində daşınmasına yol verilən təhlükəli yüklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 

- Uçuşların təhlükəsizliyinə və ya aviasiya təhlükəsizliyinin təmin edilməsinə təhdid yarandığı hallarda təhlükəli yüklərin daşınmasını həyata keçirən hava gəmisinin uçuşuna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qadağa qoyulur.

Son xəbərlər

Azərbaycan səfiri Pakistanın müdafiə naziri ilə hərbi əməkdaşlığı müzakirə edib

Türkiyə ilə Yunanıstan Afina Bəyannaməsini imzalayıb

Kəlbəcərdə saxlanılan erməni diversanta 18 il həbs cəzası verilib - YENİLƏNİB-8

"Balaəlinin oxuduğu meyxana deyil, pul xatirinə olan şeydir" - Vüqar Əbdülov

Yağış, qar yağacaq, şaxta düşəcək - PROQNOZ

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Rusiyada prezident seçkilərinin vaxtı AÇIQLANDI

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Şuşada mina partlayıb, xəsarət alan var

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - SƏRƏNCAM

Xəstəxanalar gücləndirilmiş iş rejiminə keçdi - RƏSMİ

“Bakı Metropoliteni” zəlzələ ilə bağlı AÇIQLAMA YAYDI 

BŞTİ: "Zəlzələyə görə bəzi valideynlər övladlarını məktəbdən götürüb, tədris davam edir"

Bakıda güclü zəlzələ oldu

Qurban Yetirmişlidən SON DƏQİQƏ AÇIQLAMASI: “Güclü zəlzələ..." - VİDEO

Məşhur rəssam faciəvi şəkildə vəfat etdi - FOTO

Bakı və Abşeronda bu fərdi yaşayış evləri təmir olunacaq

Bu ölkə Rusiyaya 45 yeni sanksiya tətbiq etdi

Qəzzada HƏMAS liderinin evi mühasirəyə alındı

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq

Bütün xəbərlər