Aktual
19.10.2023 / 15:20
498
Nəziri elektron qaydada ödəyəcəyik? - AÇIQLAMA
Məscidlərdə nəzir qutularına ianələrin ödənilməsi ilə bağlı yeni qaydalar hazırlanır.
Bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, hazırda qaydalarla bağlı təkliflər hazırlanır.
“Hələlik ianələrin elektron ödənilməsi ilə bağlı qaydalar təsdiq olunmayıb. Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ilə bağlı müzakirələr gedir. Qərar qəbul edilərsə, şərtlər çərçivəsində ianələrin qəbul edilməsi şərtləri açıqlanacaq", - deyə o əlavə edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay