BAKU Azərbaycan
°C

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həbs etdiyi Qarabağ separatçılarının qondarma “keçmiş parlament sədri” David İşxanyan artıq iki dəfə İrəvandakı ailəsi ilə əlaqə saxlayıb.

Modern.az-ın məlumatına görə, bu barədə onun ailə üzvləri “MediaHub”a bildiriblər.

Qeyd olunub ki, Bakıdan İrəvana zəng vuran David İşxanyan həm də nəvəsini ad günü münasibətilə təbrik edə bilib.

İşxanyanın oğlu Armen deyib ki, zəng zamanı atası səhhətinin yaxşı olduğunu qeyd edib. Hətta bir neçə gün əvvəl Ermənistanın Avropa Məhkəməsindəki nümayəndəsi vasitəsilə David İşxanyanın fotoşəkilləri və tibbi məlumatları da  ailəsinə ötürülüb.

Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində Xankəndidə saxlanılaraq Bakıya gətirilib.

Məhkəmə onun barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.

O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar odlu silahdan, partlayıcı maddələrdən və qurğulardan istifadə etməklə terrorçuluq), 214-3.2 (terrorçuluq məqsədi ilə təlimlər təşkil etmə), 279.3-cü (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma və onların fəaliyyətində iştirak etmə) və digər maddələrilə ittiham edilməklə məsuliyyətə cəlb olunub.

Son xəbərlər

"Mənim bir evim olacaq, o da məzar" - Azərbaycanlı aktrisa çətin vəziyyətdədir - FOTOlar

"Barselona" bu futbolçuları buraxmaq istəmir

Qərbi Azərbaycana qayıdış: Əliyev İrəvana şərtini elan etdi

Məşhur aktyor ata oldu

Baydenin oğluna ÖLÜM TƏHDİDİ: "Atam bu ağrıya dözə bilməyəcək"

11 milyardlıq sərvətini vermək üçün bağbanı övladlığa götürür

Gəncədə 34 yaşlı qadının asılmış meyiti tapıldı

Oğuzda avtomobil aşdı: yaralılar var

Gəncədə toy QANA BOYANDI: yaralılar var

İsrail "Hizbullah"ın əməliyyat mərkəzini vurdu

Saray yolunda ağır qəza: ölən var - VİDEO

Nazpərinin sabiq nazirlə rəqsi gündəm oldu - VİDEO

Neftçalada məktəbdə yanğın oldu

Sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta...

BƏƏ lideri İlham Əliyevə zəng etdi

7 il idi belə uğursuzluq yaşamırdılar

Müəllimlərə ŞAD XƏBƏR: vəzifə maaşları artırıldı - FOTO

Tullantıları tutumlardan kənara atan şəxslər aşkarlandı

Kübra Əliyeva bahaçılıqdan şikayətləndi

"WhatsApp"da YENİ MƏHDUDİYYƏT: söhbətlər və media fayllar...

Bütün xəbərlər