BAKU Azərbaycan
°C

Dekabrın 16-17-də Günəş küləyinin təsiri ilə G3 səviyyəli (güclü) geomaqnit qasırğası baş verə bilər.

Bu barədə Gundem.az-a Şamaxı Astrofizika Rəsədxanasından bildirilib.

Qeyd edilib ki, dekabrın 14-də saat 21:02-də Günəşdə 3514 oblastında X2.87 sinifli alışma baş verib.

Alışmalar Günəş fəallığının əsas elementidir və A, B, C, M və X sinif alışmalar kimi təsnifləşdirilib. X sinif alışmalar ən güclü alışmalardır. Sonuncu belə alışma isə 2017-ci ildə baş verib.

Alışmalar bəzən Tac Kütlə Atılmaları (TKA) ilə müşaiyət olunur. Adətən Tac Kütlə Atılmalarının yaratdığı Günəş küləyi Yerə ortalama olaraq 48-72 saat ərzində çatır. Birbaşa Günəş Yer xətti üzərində (mərkəzi meridianda) çox güclü alışma baş verərsə, Yerə təsiri daha tez çatır və daha intensiv olur. Son alışma isə Günəş diskinin qərb kənarına yaxın baş verib ki, bu da onun Yerə təsirini zəiflədir.

 

Alışma səbəbli püskürülən TKA ~1900 km/san sürətlə Yerə doğru hərəkət edir və Yerə təsir edəcək komponentə malikdirsə, o zaman 16-17 dekabrda Günəş küləyinin təsiri ilə G3 səviyyəli (güclü) geomaqnit qasırğası baş verə bilər. Həmçinin Günəşin səthində Tac dəliyi Mərkəzi meridianda olduğundan əlavə olaraq onun da təsiri 20 dekabradək davam edəcək.

Bu gün isə 11 dekabrda baş vermiş TKA və Tac dəliyinindən çıxan Zərrəcik Selinin təsiri ilə G1 səviyyəli (zəif) geomaqnit qasırğası gözlənilir. Tac Dəliyinin əlavə təsiri 20 dekabradək davam edəcək.

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər