BAKU Azərbaycan
°C

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, şəhid Polad Həşimovun doğum günüdür.

Gundem.az xatırladır ki, P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qutqaşen rayonunun (hazırkı Qəbələ rayonu – red.) Vəndam qəsəbəsində dünyaya gəlib. O, Tovuz rayonu istiqamətində gedən düyüşlər zamanı 2020-ci ilin iyulun 14-də şəhid olub.

Həşimov 1992-ci ildən şəhid olduğu tarixə qədər Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan P.Həşimov buranı 1995-ci ildə "Motoatıcı" ixtisası üzrə bitirib. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olaraq 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb. Həşimov hərbi təhsil almaqla yanaşı 1992-ci ildən Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Şəhid Milli Qəhrəman həmin illərdə Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində iştirak edib. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevralında Murovdağ əməliyyatına qatılıb. Birinci Qarabağ Müharibəsindən sonra Həşimov daim cəbhə bölgəsində hərbi xidmət keçib. Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışıb.

P.Həşimov 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısıdır. Apreldə 4 gün davam edən ağır döyüşlərdə P. Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi idi, cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi ona həvalə olunub. Döyüşlərə aktiv şəkildə qoşulan Həşimov dördgünlük əməliyyat zamanı yaralanıb. P.Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi vəzifəsində xidmətini davam etdirib və ona 2019-cu il iyunun 24-də general-mayor ali hərbi rütbəsi verilib.

General-mayor Həşimov 2020-ci ilin iyulun 12-dən 16-na qədər Tovuz rayonu istiqamətində davam edən döyüşlərdə ön xəttə şəhid olub. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Həşimov həmçinin Azərbaycan Respublikası tarixində Qəbələ rayonundan general rütbəsi alan ilk hərbçidir.

P.Həşimov Bakıda, II Fəxri Xiyabanda dəfn edilib. O, ailəli idi, iki oğul və bir qız övladı yadigar qalıb.

Son xəbərlər

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Daha bir cüdoçumuz Avropa çempionu oldu

30 milyon dollarlıq PUA qəzaya uğradı

Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU

İçki məclisindən sonra tanışını öldürən şəxs saxlanıldı

Bakı metrosunda ölüm hadisəsi

Biləsuvarda ərzaq mağazasının anbarı yandı

Kamaləddin Qafarov: "Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

İmişli-Biləsuvar yolunda avtomobil aşdı: ölənlər var

Klopp və Salah arasında dava düşdü - VİDEO

794-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Azərbaycanda müəllim vəfat etdi - FOTO

Türkiyə ordusu Suriyada terrorçuları məhv etdi

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədiyə səfər edib - FOTOLAR

Ukrayna kəşfiyyatı Rusiyanın RLS-ni vurub

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

KİV: Ermənistanda bir qrup hərbçi ordudan istefa verib

Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq - RƏSMİ

"ABŞ bizə qarşı müharibə elan edib" - Medvedev Rusiyanın talan edildiyini AÇIQLADI

Avropa çempionatı: Azərbaycanın 2 cüdoçusu yarımfinala yüksəlib

Bütün xəbərlər