BAKU Azərbaycan
°C

Bu gün Azərbaycanın cəsur döyüşçüsü, təkbaşına erməni silahlı birləşmələrinə qarşı beş gün ərzində döyüşən, son ana qədər Azərbaycanın dövlət bayrağını mühafizə edən əsgər Natiq Qasımovun doğum günüdür.
Gundem.az xəbər verir ki, N.Qasimov 1971-ci ilin yanvarın 2-də Gədəbəy rayonun, Kiçik Qaramurad kəndində anadan olub.

Ermənistan silahlı birləşmələrinin Azərbaycanın ərazilərinə hücumundan sonra o, 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil edilən “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.
N.Qasımovun Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı göstərdiyi şücaət Rusiyada nəşr edilən “Oqonyok” jurnalında maraq doğurub və nəşr bununla bağlı 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” (Qorxu) adlı məqalə dərc edib.
Məqalədə də qeyd edildiyi kimi, Azərbaycan əsgəri N.Qsımov 6 döyüş yoldaşı ilə birgə böyük qüvvə ilə döyüşə atılan erməni silahlı qüvvələrinə qarşı mübarizə aparıb. Döyüş yoldaşlarının hamısının həlak olmasına baxmayaraq o, 5 gün ac-susuz Alban kilsəsində qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktını əks etdirən çoxsaylı fotoşəkil var.
N.Qasımovun 5 gün ərzində təkbaşına döyüşməsi və məğlub edilə bilinməməsi erməni hərbçiləri arasında ruh düşkünlüyü yaratmışdı. Azərbaycan əsgəri Xocalıda əsir götürülən mülki şəxslərin öldürülməməsi şərti ilə könüllü şəkildə təslim olub.

N.Qasımovun əsir götürüldükdən sonra öldürüldüyü ehtimal edilir.

Ermənistan tərəfi humanitar hüquq normalarının ziddinə olaraq I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, o cümlədən N.Qasımovun dəfn yeri barədə məlumatları gizlədib və bu gün də bu qeyri-insani əməlini davam etdirir.
N.Qasımov hazırda əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında (Dövlət Komissiyası) I Qarabağ müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Ehtimal edilir ki, onun meyiti Xocalı rayonu (keçmiş Əsgəran rayonu) ərazisində dəfn edilib. Dövlət Komissiyası işğaldan azad edilmiş bütün ərazilərimizdə, həmçinin Xocalı rayonu ərazisində I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid ehtimal edilən məzar yerlərində qazıntı və ekshumasiya işlərini aparır.

Son xəbərlər

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Daha bir cüdoçumuz Avropa çempionu oldu

30 milyon dollarlıq PUA qəzaya uğradı

Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU

İçki məclisindən sonra tanışını öldürən şəxs saxlanıldı

Bakı metrosunda ölüm hadisəsi

Biləsuvarda ərzaq mağazasının anbarı yandı

Kamaləddin Qafarov: "Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”

İmişli-Biləsuvar yolunda avtomobil aşdı: ölənlər var

Klopp və Salah arasında dava düşdü - VİDEO

794-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Azərbaycanda müəllim vəfat etdi - FOTO

Türkiyə ordusu Suriyada terrorçuları məhv etdi

Bütün xəbərlər