BAKU Azərbaycan
°C

Ölkədə vətəndaşların narazı qaldığı əsas qurumlardan biri, bəlkə də, birincisi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətidir(AZAL). Cahangir Əsgərov AZAL prezidenti vəzifəsindən azad ediləndən sonra az qala tarixə qovuşan ümidlər yenidən dirçəldi. Düşünürdük ki, illərdir “göylə uçan” qiymətlər nəhayət enəcək, xidmət keyfiyyəti müsbətə doğru dəyişəcək və seçimimiz digər ölkələrin hava yolu şirkətləri deyil, məhz öz AZAL-ımız olacaq. Ancaq bu dəfə də arzularımız ürəyimizdə, gözləntilərimiz gözümüzdə qaldı. Qiymətlər AZAL-maqdansa, olduğu yerdə saymağa davam etdi...

Məlumat üçün xatırladaq ki, Canahgir Əsgərov 1 sentyabr 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Digər sərəncamla, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib. Qurumun sabiq prezidentinin “məmur davranışları” hər kəsə məlumdur. 15 ildir,  “taxt-tacı”ndan imtina edə bilməyən Cahangir Əsgərovun gözünü əldə etdiyi qazanclar tutmuşdu desək, yəqin, yanılmarıq. O, siyahısında öncəliyi vətəndaşların rifahına və məmnuniyyətinə deyil, mal-mülkləri, əmlakları, ümumiyyətlə, biznesinə vermişdi. 

Yeni rəhbərin bu istiqamətdə hər hansı “fəaliyyəti” məlum deyil. Biznesinin olmadığını, gözünü pul sevdasının tutmadığını, xalqdan biri olduğunu xəyal edərək düşünürdük ki, Samir Rzayev uçuş qiymətlərini gözdən keçirərkən vətəndaşların durumunu da nəzərə alacaqdır.

Lakin təəssüf ki, bu dəfə də yanıldıq. AZAL-ın təyyarələrinin komfortlu və rahat, xidmətin normal olduğunu qəbul etsək də, təyyarələrin dövlət tərəfindən alındığını, hava limanlarının dövlət büdcəsinin vəsaiti ilə tikildiyini əsas götürərək, AZAL-ın biletlərini vətəndaşlara hələ də niyə bu qədər baha satdığını nə biz anlaya bilirik, nə də vətəndaşlar...

Əvvəllər vətəndaşlar “Buta Airways”in kampaniyalarından da faydalana bilirdi. Məsələn, Türkiyə, Gürcüstan, Rusiya, Orta Asiya istiqamətlərində şirkətin ayrıca reysləri var idi və qiymətlər AZAL-a nisbətən aşağı idi. Ötən il “Azərbaycan Hava Yolları” ilə sözügedən şirkətin vahid AZAL brendi altında birləşməsinə qərar verildi.

Artıq vətəndaşların tək seçim yolu AZAL-dan keçir. Düzdür, bir neçə ölkəyə gediş qiymətlərində bəzən endirimlər müşahidə olunur, amma hələ də əksər vətəndaşlar aviabiletlərin tariflərindən narazılıq edir. Necə deyərlər, AZAL-da heç nə AZ-almır. Köhnə hamam, köhnə tas...

Məsələ ilə bağlı Gundem.az-a danışan AĞ Partiya sədri Tural Abbaslı da yeni təyinatdan sonra gözləntilərin özünü doğrultmadığını deyib:

“Bunun heç bir iqtisadi və ya hər hansı başqa səbəbləri ola bilməz. Çünki Azərbaycandan daha kasıb ölkələr olan Ermənistanda, Gürcüstanda eyni istiqamətə uçuşlar bizə nisbətən 3-4 dəfə ucuzdur. Deməli, burada rasional izah yoxdur. Sırf bəzi şəxslərin, hansısa məmurların, işbazların qısa müddətə pul qazanmaq arzu və istəyindən irəli gələn səbəblər var. Bilirlər ki, insanlar məcbur bu biletləri alacaq və işlərini görmək üçün AZAL-ın xidmətlərindən istifadə edəcəklər. Nəticədə isə özləri milyonlar qazanır”.

Müsahibimiz bildirib ki, AZAL-ın qiymət siyasəti bir müddət ciddi müzakirə obyektinə çevrilsə də, rəhbər dəyişikliyindən sonra bu, gündəmdən uzaqlaşdı:

“Amma məsələ aktuallığını itirməməlidir. Təzə rəhbərlik də bilməlidir ki, onun ilk işi hava xidmətini vətəndaşlar üçün daha əlçatan etməkdir. Qiymətlər müəyyənləşən zaman əhalinin əməkhaqqı, orta aylıq gəlirlər və.s nəzərə alınır. Düşünürəm ki, bunun üçün həm də siyasi iradə lazımdır. Hər halda seçkilər ərəfəsində mövzunun gündəmə gəlməsi onun həll olunması istiqamətində hansısa addımların atılmasına səbəb ola bilər”.

Biz isə vətəndaşlarımızın gözləntilərini və ümidlərini nəzərə alaraq AZAL-dan xahiş edirik:

Hörmətli AZAL!  Artıq AZ-AL!

 

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər