İdman
22.09.2023 / 21:10
196
Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu OLDU
Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli üçüncü dəfə dünya çempionu olub.
Gundem.az xəbər verir ki, o, Serbiyanın paytaxtı Belqradda keçirilən mundialda qızıl medala sahib çıxıb.
31 yaşlı idmançı finalda gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gəlib. E.Əzizli 2018-ci ildə Macarıstanın paytaxtı Budapeştdə, 2022-ci ildə isə Belqradda dünya çempionluğunu qazanıb.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçiləri Rafiq Hüseynov (82 kq) və Sənan Süleymanov (77 kq) da bu gün final görüşünə çıxacaqlar.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay