İdman
01.04.2024 / 23:21
213
Mövsümün sonunda “Barselona”dan ayrılacaq
“Barselona”nın müdafiəçisi Markos Alonso bu mövsümün sonunda klubdan ayrılacaq.
Gundem.az xəbər verir ki, bununla bağlı insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, tərəflər 30 iyun 2024-cü ildə başa çatacaq müqaviləni yeniləməməyə razılaşıblar.
Qeyd edək ki, 33 yaşlı müdafiəçi bu mövsüm 7 oyuna çıxıb.
Xatırladaq ki, M. Alonso 2022-ci ilin sentyabrından “Barselona”da oynayır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay