BAKU Azərbaycan
°C

"ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 75 baza bənd (0,75%) artıraraq 2,50%-dən 3,25%-ə yüksəldib. Bu 1994-cü ildən bəri ən yüksək artımdır.  İnflyasiyanı tənzimləmək üçün FED uçot stavkasını yüksəltməkdə israrlı görünür". 

Gundem.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. O, bəzi valyutaların ucuzlaşdığını qeyd edib:


"FED-in qərarı birjalara təsirsiz ötüşməyib. Avro 20 illik minimuma qədər ucuzlaşıb. Yaponiya valyutası son 25 ildə ən aşağı məzənnə ilə satılır. Funt sterlinq isə 1985-ci ildən bəri ən aşağı kursla təklif olunur. Digər səbət valyutalar da dollara nisbətən ucuzlaşmaqdadır. ABŞ dolları birjalarda son 24 ildə ən yüksək məzənnə ilə  alınıb-satılır.
FED-in kəskin artım qərarı birjaları silkələməkdə davam edir. Anti-inflyasiya aləti kimi istifadə edilən uçot dərəcəsi ABŞ puluna dəyər gətirsə də Birləşmiş Ştatlar qiymət artımlarını hələ də optimallaşdıra bilməyib. ABŞ-da illik inflyasiya 8.3 faizədək yüksəlib ki, bu da son 40 ildə ən pis göstəricidir".

Millət vəkili dolların Azərbaycanda bahalaşa biləcəyi məsələsinə də aydınlıq gətirib:

"Əvvəllər də qeyd etdiyimiz kimi, manatın məzənnəsinə ölkəyə daxil olan valyutanın həcmi, xüsusən də Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləği təsir göstərir. Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da təbii ki, manatın məzənnəsi baxımından vacib hesab olunur. Təbii ki, xarici ticarət tərəfdaşlarımızda milli valyutalarının məzənnələrindəki dəyişikliklər də iqtisadi faktorlardan biridir. 

Bütün bunlar ilə yanaşı, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün manatın məzənnəsi birbaşa Mərkəzi Bankının qərarından asılıdır. Mərkəzi Bank prosesə tam intervensiya imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".

İnci 

Son xəbərlər

Bu yolla əmlak alanların DİQQƏTİNƏ: "Çıxarışsız mənzillər..." - XƏBƏRDARLIQ!

FHN-in nümayəndə heyəti Türkiyədə SƏFƏRDƏ OLDU - FOTO

Şotlandiyanın Baş naziri İSTEFA VERDİ

"Şişi götürmək riskdir, ona görədə... " - Salam Sarvanın səhhəti ilə bağlı AÇIQLAMA

"Arsenal"ın baş məşqçisi: "Çox yaxşı başladıq, amma..."

Lüksemburqun Böyük Hersoqu COP29-a DƏVƏT OLUNDU

Hakan Fidan Ər-Riyadda Blinkenlə GÖRÜŞDÜ

Qazaxıstan XİN: "Bakı ilə İrəvan arasında danışıqlarda vasitəçi olmayacağıq"

Anar Məmmədli SAXLANILDI - FOTO

COP-29 ərəfəsində Azərbaycan – Almaniya görüşləri

Smartfon bazarında bu telefonlar trend olacaq - Mütəxəssislər AÇIQLADI

İngiltərə Premyer Liqasında yeni maaş sistemi - Səsvermə keçiriləcək

Bu marketlər şəbəkəsinin direktoru ildə 27 milyon dollar qazanır - FOTO

İlham Əliyev Datuk Mutanq Taqalı QƏBUL ETDİ- YENİLƏNDİ 

Avropada Rusiya və Çin casusları HƏBS EDİLİR - Britaniyadan növbəti SANKSİYA

Bu, yaşlanmanı sürətləndirir - ARAŞDIRMA

DİM-dən yayda keçiriləcək imtahanlarla bağlı QƏRAR

Aktrisadan “Cennet Mahallesi” ilə bağlı AÇIQLAMA: "Gördüm ki, onlar..." - FOTO

Prezident QƏBUL KEÇİRDİ - YENİLƏNDİ 

Ceyhun Bayramov Qətərə işgüzar səfərə YOLA DÜŞDÜ

Bütün xəbərlər